Başqalarının AURASINI oxumağa qadir olduğunuzu göstərən 6 ƏLAMƏT
Bizi izləyin

İnanc

Başqalarının AURASINI oxumağa qadir olduğunuzu göstərən 6 ƏLAMƏT

Başqalarından gələn müsbət və ya mənfi titrəyişləri hiss edirsinizsə, sehrbaz deyilsiniz və heç bir şey "icad etmirsiniz", narahat olmayın. Həqiqətən hamımızın içindən enerji axını axır, bu da yaxşı və pis ola bilər.

Mənfi enerjili insanlarla ünsiyyət son dərəcə yorucu olur, müsbət enerjili insanlar isə əksinə, ilham və güc verir. Digər insanların enerji və ya aurasını oxumaq bacarıqlarınız nə qədər güclü olarsa, aşağıda göstərilən əlamətlər sizdə bir o qədər aydın nəzərə çarpır.

1. Böyük izdiham içində olmaqdan sıxılırsınız

Şüuraltı səviyyədə digər insanların enerjisini hiss edirsinizsə (və bu sadəcə istəməklə dayandırıla bilməyən bir prosesdir), onlarla yad adamın əhatəsinə düşəndə "üçüncü gözünüz" açılır ki, bu da insanların aurasının bir çox rəng və çalarını müəyyənləşdirməyə imkan verir. Bundan sonra sizdə həmin məkanı tərk etmək və qaçmaq istəyi baş qaldıra bilər.

Siz bir süngər kimi ətrafdakı mənfi enerjini udursunuz və bu sizin emosional, zehni və fiziki rifahınıza olduqca mənfi təsir göstərir. Bəli, bəzən hamımız könülsüz olaraq çox sayda insanın əhatəsinə daxil oluruq, amma bunu etməzdən əvvəl qəbul etdiyiniz güclü enerji axınının öhdəsindən gələ biləcəyinizə əmin olun.

2. İntuisiyanız inanılmaz dərəcədə güclüdür - uzaqgörənliklə həmsərhəddir

Bəzən bəzi insanlar haqqında pis bir duyğunun haradan gəldiyini bilmirsən. Səbəbi tapmasan, hətta o adamı yaxından tanımasan da, hiss edirsən ki, onda xoş olmayan nə isə var. Təəssüf ki, bəzən bu hissiyyat doğmalarınız arasında xeyli münaqişə yarada bilər: heç kim pis xəbər gətirən elçilərini sevmir. Uzaqgörənliyinizin gerçək olduğu ortaya çıxdıqda (bu isə adətən gözləniləndən daha tez-tez baş verir), xəbərdar etməyə çalışdığınız insanlar sizi baş verən neqativliyin səbəbkarı kimi görməyə başlayacaq.

3. Kimin yalan danışdığını tutursunuz

Kimsə yalan danışırsa, dərhal bunu tutursunuz, çünki yalan bu şəxsin aurasının rəngində sürətli dəyişikliklərə səbəb olur. Gülməli hal odur ki, yalanı üzə çıxan çox vaxt bunun necə baş verdiyini anlamır, çünki özlərini bacarıqlı manipulyator hesab edirlər.

İstənilən halda bu insanı ifşa edib-etmədiyinizin heç bir əhəmiyyəti yoxdur, yalanı hiss etmək artıq enerji axının işarəsidir. Sözlər nə qədər hamar və xoş görünsə də, intuisiya bir şeyin səhv olduğunu pıçıldayacaq... Nəticədə başa düşürsən ki, bu əsl, yalandır.

4. Heç bir formada zorakılığa dözmürsünüz

Başqalarının enerji axınlarını qəbul edən bəzi insanlar üçün ekranda görünsə belə, hər cür zorakılığa qarşı dözümsüzdür. Bir xəbər buraxılışında, sənədli və ya bədii filmdə göstərilən zorakılıq ola bilər.

Niyə bu baş verir? Cavab sadədir: zorakılıq mənfi enerji daşıyıcısıdır, o qədər güclüdür ki, hətta televizor ekranı vasitəsilə də sizə təsir göstərir.

5. İnsanlar sizi çox həssas hesab edir

Daha dərin və dolğun hiss edirsiniz. Daha dərindən və daha dolğun sevirsiniz, daha çox kədərlənirsiniz və əgər xoşbəxtsinizsə, özünüzü heç kim olmadığı qədər xoşbəxt hesab edirsiniz. Bəli, ətrafınızdakı insanlar sizi həddən artıq həssas hesab edə bilər. Qoy istədiklərini söyləsinlər. Bilin ki, digər insanlara nisbətən daha həssas olmaq ayıb deyil, çünki bu, onların enerji qabıqlarını, auralarını birbaşa dərk etdiyinizdən qaynaqlanır.

6. Başqalarının nə hiss etdiyini hiss edirsiniz

Uzaqda olsa da, sevdiyiniz birinin ağrısını hiss edə bilirsiniz. Məsələn, bir dostunuz öz yaxınını itiribsə, onun kədərini öz kədəriniz kimi qəbul edirsiniz. Bəlkə də bu hər dəfə baş vermir, amma bəzi hallarda bu duyğular o qədər güclüdür ki, onların haradan gəldiyini və onlarla nə etməli olduğunuzu müəyyənləşdirmək üçün bir müddət donmaq və bu bağlantını kəsmək istəyirsiniz.

Heç nə vaxtsa özünüzü səbəbsiz yerə pis hiss etmisiniz? Bəlkə də bu, həssas bir ötürücü və antena kimi başqasının ağrısını qəbul etməyinizlə bağlıdır.

Enerji oxumaq qabiliyyəti həm hədiyyə, həm də lənətdir

Başqalarının enerjisini oxumaq bacarığı həm əvəzolunmaz nemət, həm də problem ola bilər. Bu, ilk növbədə onu necə qəbul etdiyinizdən və qaçılmaz nəticələrin öhdəsindən necə gəlməyinizdən asılıdır. Həddindən artıq enerji axınları ilə özünüzü yükləməyin, əvəzinə enerjinizi bir növ yaradıcı fəaliyyətə yönəltməyə və digər insanlara kömək etməyə çalışın. Doldurulan enerjinin haradan gəldiyini bilmirsinizsə, meditasiya ilə məşğul olun, bu, vəziyyətə başqa nöqteyi-nəzərdən baxmağa və düşüncələri təmizləməyə kömək edəcək.

Başqalarının enerjisini oxumaq tez-tez rast gəlinən hal deyil, amma siz hisslərini blüşmək istəməyən, səbəbsiz olaraq yalan danışan və ya bir kənara çəkilib öz ağrısını sakit şəkildə yaşayan insanlara bunun öhdəsindən gəlməyə kömək edə bilərsiniz. Ümumiyyətlə, başqalarının enerjisini oxuya bilən insanlar əksər hallarda lazımsız suallar vermədən onları dəstəkləyib təsəlli verməyi yaxşı bacarır. Bəzən isə sadəcə varlığınız dəyişiklik etmək üçün kifayətdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm