İnanc
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Ramazan ayının 18-dən 19-na keçən gecə (bu il mayın 12-dən 13-nə keçən gecə) ehtimal olunan birinci Qədr gecəsidir.
Publika.az-ın məlumatına görə, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir." (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.
Qədr gecəsinin konkret hansı gecə olduğu məlum deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal 19, 21 və 23-cü gecələr üzərinə düşür (27-ci gecə barədə də məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.
Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmin surədə buyrulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3)
Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:
1. Qüsl almaq
2. Səhərə qədər məsciddə ibadət etmək
3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alın səcdəyə qoyulur, 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)
4. Quranı baş üzərinə qoyub Allaha Allah, Peyğəmbər (s) və imamların adlarını and verib bağışlanma diləmək
5. İmam Əli (ə) və imam Hüseynin (ə) ziyarətnaməsini oxumaq
6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar, yaxşı olar ki, altıgünlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də altıgünlük qəza namazı qılınmış olur
7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq
8. Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat hədiyyə etmək
Allah orucunuzu qəbul etsin!
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
