İnanc
Dahi alimdən həyat fəlsəfəsinə dair HİKMƏTLİ FİKİRLƏR: İnternet münasibətləri öldürür və...
Noam Xomskini dilçilikdə Eynşteyn adlandırırlar. Dünyanın ən çox istinad edilən elm adamlarından biridir. Amerikalılar ona Sokrat ləqəbini verib. Dövrünün dahisi, dövrümüzün parlaq ziyalısı olan Xomski 92 yaşındadır, hələ də Massaçusets Texnologiya İnstitutunda dilçilikdən dərs deyir, müsahibələr verir və kitablar yazır. Xomski yalnız böyük dilçi alim deyil, həm də düşüncə tərzidir.
Publika.az oxucular üçün alimin ən diqqətçəkən 14 sitatını seçib. Onları təqdim edirik:
- Nikbinlik bir strategiyadır. Daha yaxşı gələcəyin mümkün olduğuna inanmırsınızsa, heç vaxt daha yaxşı gələcəyə aparacaq bir addım atmayacaqsınız. Ümid və işığın olmadığını düşünürsünüzsə, olmayacaq. Seçim sizindir.
- Əgər nifrət etdiyimiz insanların ifadə azadlığına inanmırıqsa, deməli ifadə azadlığına inanmırıq.
- Ədəbiyyatda hər bir elmi nəzəriyyədən daha çox insan təbiəti haqqında məlumat var. Ancaq ehtiyatlı olmaq lazımdır. Mən, məsələn, Çin inqilabı ilə bağlı bir şey öyrənmək istəsəm, başa düşməliyəm ki, ölkəyə münasibətimə bir dəfə oxuduğum kitab təsir edib.
- Bu gün beş il əvvəl oxuduğunuz eyni mühazirələri oxuyursunuzsa, ya nizamınız ölüb, ya da siz.
- Əgər fikrinizi sadə şəkildə ifadə edə bilirsinizsə, onu mürəkkəbləşdirməyə ehtiyac görmürəm. Sadəliyi mürəkkəbləşdirmək ziyalıların ən sevimli oyunudur: nə qədər anlaşılmazdırsa, bir o qədər yaxşıdır. Özünüz nə haqqında danışdığınızı tam bilmirsiniz, ancaq güc və nüfuz qazanmağa, təsir qüvvəsinə zəmanət verirsiniz.
- Mütaliə səhifələri vərəqləmək deyil. Bunlar yazılı, kənar qeydlər, digər kitablarla zehni müqayisə, yeni fikir və ya baxış axtarışlarıdır. Kitabı sürətlə oxuyub bitirirsənsə və on dəqiqədən sonra nə olduğunu unudursansa, oxumağın mənası yoxdur. Kitab oxumaq ağlınız üçün bir məşq, düşüncə üçün gimnastikadır, təxəyyülü inkişaf etdirir.
- İnternetə giriş böyük bir nemətdir. Ancaq bu məlumatlar sürətli və cılızdır. Nə axtardığınızı bilmirsinizsə, tapdıqlarınızı yaddaşınızda saxlamırsınızsa, düzgün kontekst axtarmırsınızsa, vaxtınız boşa xərclənib. Bunu anlamaq iqtidarında deyilsinizsə, geniş məlumatlara çıxış əldə etməyin mənası yoxdur. Bunun üçün düşünmək, düşünmək, öyrənmək lazımdır. Görürəm ki, bu gün dünyada bu iddialar getdikcə azalır. Deqradasiya dərəcəsini ölçmək mümkün deyil, amma bu, indi baş verən deqradasiyadır.
- Ən qısa müddətdə bütün ehtiyac və istəklərimizi qarşılamaq mədəniyyəti əzmkarlığın, möhkəmliyin inkişafına çox kömək etmir.
- Həyatın mənası onu necə istifadə etməyiniz və nəyə çevirdiyinizlə müəyyən edilir. Həyatın başqa bir mənası yoxdur - insan, köpək, bakteriya və s. Həyatınızın mənasının nə olduğuna özünüz qərar verin və qismən ona hakim olun. Daha çox yaxşılıq etmək üçün yaşamağa qərar verirsinizsə, sizin üçün həyatın mənası budur. Əgər dostluq, sevgi, qarşılıqlı yardım adına, ətrafdakılara daha çox sevinc və xoşbəxtlik gətirmək adına yaşamağa qərar vermisinizsə, həyatınızın mənası budur. Ancaq sizin yerinizə qərar verən heç bir xarici qüvvə yoxdur.
- Həyatın mənası üzərində düşünmək ehtiyacı, ehtimal ki, həyatını öz əlinə almamaq istəyi və ya bacarıqsızlıqdan yaranır. Özünüzü bəzi ali qüvvələrin yaradılışı hesab edirsinizsə, hər zaman istənilən kəsdən zərbələr almağa məhkumsunuz - sonra həyatınızın həqiqi mənasına işarə edə biləcək xarici və kənar əlamətlər axtarmağa başlayırsınız. Əgər artıq sağlam hörmət qazanmısınızsa, onda özünüz həyatınızın mənasını tərtib etməyə başlayacaqsınız.
- Riyakar odur ki, özü imtina etdiyi qaydalar və standartları digərlərinə tətbiq edir.
- Uşaqlığımızı itiririk. Müəllimlər təlimatlar çərçivəsiylə məhdudlaşır. Uşaqları testlər və imtahanlarla sıxışdırırlar. Bütün təhsil imtahana hazırlaşmaq və imtahandan keçməyə yönəlsə, heç kim heç nə öyrənə bilməz. İmtahanda dedikləriniz proses başa çatdıqdan dərhal sonra unudulur.
- Psixoterapevtlər bilir ki, günahkarlıq duyğusu ən güclü insanı asanlıqla qarmağa keçirən əngəldir. Qarmağa sahib olan kəs yeri gələndə dəmiri əridib lazımi məcraya axıda bilir. Əgər sosial media insanı ətrafındakı bütün bəlalarda özünün günahkar olduğuna inandırırsa, onu iqtisadi və siyasi hüquqlar uğrunda mübarizədən yayındırmaq daha asan olacaq. Özünü tükəndirmək laqeydliyə və hərəkətsizliyə səbəb olur.
- İnternet pula və vaxta qənaət edir. Ancaq münasibətləri öldürür. Yadımdadır, bir vaxtlar kiçik bir şəhərdə yaşayırdım və orada poçt şöbəsi ünsiyyət yeri idi. Evə heç bir şey gətirmirdilər, səhər insanlar özləri gəlir, yazışmaları götürür və danışırdılar.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO