İnanc
"Hazırkı durumda məscidlərin bağlı qalması məqsədəuyğundur" - QMİ rəsmisi
“Dini inancından asılı olmayaraq hər bir kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyəsinə əməl etməsi zəruridir”.
Bunu Publika.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə şöbəsinin aparıcı mütəxəssisi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.
Onun sözlərin görə, Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyinin mömin insanlara tövsiyəsi ondan ibarətdir ki, ölkədə hələ də davam edən pandemiya səbəbindən vətəndaşların sağlamlığının qorunması üçün verilən qaydalara əməl etsinlər: “Bu xəstəlik çox ciddi bir bəladır. Sosial təbəqəsindən, yaşından asılı olmayaraq hər bir kəs üçün dünya səviyyəli olan bu bəladan insanlar özlərini qorumalıdırlar. Ona görə də hər kəs tibb sahəsinin mütəxəssislərinin tövsiyəsinə əməl edərək sosial məsafəni qorusunlar və bir araya toplaşmasınlar. İlk olaraq insanların sağlamlığı önəmlidir”.
QMİ rəsmisi qeyd edib ki, bütün bunlarla əlaqədar olaraq məscidlərin dini inanclar üçün bağlı olması Operativ Qərargahın qərarına uyğun olaraq həyata keçirilib: “Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır. Ona görə də məscidlərin hələ ki, qapalı qalması daha məqsədəuyğundur. Ümid edirik ki, bu bəla tezliklə cəmiyyətimizdən və bütün bəşəriyyətdən silinib gedər və biz yenə də əvvəlki həyatımıza qayıdarıq. Ancaq virusun tüğyan etdiy bu ərəfədə hələlik məscidlərin açılmasından söhbət gedə bilməz. Hər kəsin bu qərara riayət etməsi tövsiyə olunur”.
Akqabay Mıradov
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı











.webp)
.png)






.png)
















