İnanc
Aşura ayinlərinin kütləvi şəkildə icrası məqsədəuyğun deyil, əks halda... - Aqil Şirinov
“Məscid və ibadət ocaqlarının bağlanması qərarı sadəcə Azərbaycanda verilməyib. Dünyanın əksər ölkələrində hazırda ibadət ocaqları bağlıdır. Bunun da obyektiv səbəbləri var, COVID-19 pandemiyası hələ də səngimək bilmir. Üstəlik payız aylarında onun digər respirator xəstəliklərlə birləşərək daha da kəskinləşəcəyinə dair proqnozlar verilir. Odur ki, istər tibbi, istərsə də dini baxımdan ibadət ocaqlarının, eləcə də insanların kütləvi toplaşdığı digər yerlərin müəyyən bir vaxta qədər bağlı qalmasına zərurət var”.
Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Publika.az-a məscidlərin hansı səbəbdən qapalı qalmasının səbəblərini izah edərkən deyib.
İlahiyyatçı qeyd edib ki, hazırkı şəraitdə məscidlərin açılması və Aşura ayinlərinin kütləvi şəkildə icra olunması məqsədəuyğun deyil: “Əks halda, insanların sağlamlığı təhlükə altına alınmış olar. İbadət ocaqlarının müvəqqəti bağlanmasını zərurətdən yaranan lazımi addım kimi qiymətləndirməliyik. Pandemiya bütün ölkələri bürüdüyü üçün bu il Həcc ziyarəti belə, Səudiyyə Ərəbistandan kənar ölkələr üçün bağlı saxlanıldı və çox məhdud sayda insanın iştirakı ilə icra olundu. Eləcə də digər kütləvi ibadətlər”.
A.Şirinov qeyd edib ki, insanların sağlamlığına və həyatına dair hər hansı təhlükə varsa, bu şəkildə məhdudlaşmaların olması dini baxımdan da dəstəklənir: “Aşura ayinlərində minlərlə insan bir araya toplaşır. Lakin indiki halda insanların bir yerə toplaşması virusun daha çox yayılmasına yola aça bilər. Bu il dini ayinlərin kütləvi şəkildə icra olunmasının qadağan edilməsi çox doğru addımdır. Sözsüz ki, insanlar fərdi şəkildə öz hüzünlərini izhar edə, ayinlərini icra edə bilərlər. Amma hazırda bu ayinlərin kütləvi şəkildə icra olunması risklidir.
Dini baxımdan da bu tədbirlərin görülməsi zəruridir. Peyğəmbərimizin taun xəstəliyi ilə əlaqəli müraciəti var. O, “Harada ki, taun var, ora getməyin. Olduğunuz yerdə taun varsa, ordan kənara çxmayın”, - deyə insanlara səslənib. Bilirsiniz ki, taun yoluxucu xəstəlikdir. Müasir dildə desək, sağlamlığımızı qorumaq üçün yoluxucu xəstəliyin yayılmağa davam etdiyi şəraitdə qoyulan qaydalara əməl etməliyik. Dolayısı ilə insanlara yoluxucu xəstəlikləri yaymaq dini tərəfdən də qəbul edilmir, insan bunu qəsdən edərsə, böyük bir günaha girmiş olar”.
Aytən Məftun
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO








































