İnanc
Bu gün İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni Torpaq Çərşənbəsi qeyd olunur.
Publika.az xəbər verir ki, sonuncu çərşənbəyə həm də Yer çərşənbəsi deyilir.
Bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır. Torpaq Çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
Torpaq Çərşənbəsinin ayinlərinin və adət-ənənələrinin daha çox olması, eyni zamanda digər çərşənbələrdən xüsusi qeyd olunması insanların torpağa bağlı olmasından irəli gəlir. “Torpaqdan yaranmışıq, torpağa da qayıdacağıq” ifadəsi də buradan qaynaqlanıb.
Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmaya, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “şal atma” mərasimini icra edirlər. Şal atılandan sonra gizlənirlər. Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.
Azərbaycanın bəzi bölgələrində İlaxır çərşənbənin səhəri günü, sübh tezdən “sulaşma” mərasimi icra olunur. İnsanlar dan yeri sökülməmiş yuxudan oyanıb çayın kənarına gedir və od qalayaraq üzərindən atdanırlar. Bu zaman suya yaxınlaşanların üstünə su atılır. Su atan şəxs bu ayini icra edərkən “Bayramınız mübarək” deyir, qarşı tərəf isə “Aydınlığa çıxasınız” ifadəsi ilə cavab verir. Sonra həmin su xəstələrə, uşaqlara içirdilir və evlərin həyətinə səpilir ki, ruzi-bərəkət gəlsin.
Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.
Bu il də martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25 və 26-sı da qeyri-iş günü olacaq. Martın 27 və 28-i isə həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq, 9 gün, yəni 20-28 mart qeyri-iş günü olacaq.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO