İnanc
İftar məclislərinin evdə təşkil olunması məqbuldur - İlahiyyatçı
Hazırkı pandemiya şəraitində iftar və sahur məclislərinin evlərdə təşkil olunması məqbul hesab olunur. İnsanlar çalışmalıdırlar ki, iftar məclislərini mövcud vəziyyətlə əlaqədar kafe və restoranlarda təşkil etməsinlər.
Bu sözləri Publika.az-a ilahiyyatçı Ağa Hacıbəyli deyib.
A.Hacıbəyli bildirib ki, pandemiya can alır, hər gün xeyli insanın həyatına son qoyur. Buna görə də Ramazan məclislərinin evdə keçirilməsi məqsədəuyğundur: “Ramazan ayı etibarilə həm sahur, həm də iftar bu mübarək ayın özəl bəzəklərindən biridir. Əsrlərdən bəridir ki, bu iki dəyər Ramazanın ayrılmaz parçaları olub, həm sahur, həm də iftar mədəniyyəti möhtəşəm mənzərə yaradıb. Ancaq keçən ildən bəri, pandemiya olandan sonra iftara və sahura görə görüşlər çətinləşib. Vətəndaşlarımız bu müddətdə xeyli məlumatlanıblar, maarifləniblər. Amma yenə də ola bilsin ki, kimsə öz əzizi, yaxını, dostu ilə haradasa iftar etməyə təşəbbüs göstərir. Hər halda, yenə də din adamlarının bu sahədəki mövqeyi dəyişməzdir. Dəyişməzlik ondan ibarətdir ki, pandemiya can alır, insan həyatına son qoyur. Ona görə də çalışmaq lazımdır ki, kütləvi toplantılara gedilməsin”.
İlahiyyatçının sözlərinə görə, insanlar imkan daxilində iftarları iaşə obyektlərində təşkil etməməlidir: “Çalışaq ki, iftar məclislərini öz ailə üzvlərimizlə ev şəraitində keçirək. Bu il müqəddəs Ramazan ayını layiqli şəkildə yerinə yetirək. Ümid edirəm ki, növbəti illərdə Allahın izni ilə vətəndaşlarımız sevdikləri insanlarla normal qaydada, problemsiz, qayğısız Ramazan məclisləri təşkil edərlər”.
Akqabay Mıradov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)
























.jpg)

.jpg)