Nobel mükafatına layiq görülən məşhur alimlərin ALLAH HAQQINDA DÜŞÜNCƏLƏRİ
Bizi izləyin

İnanc

Nobel mükafatına layiq görülən məşhur alimlərin ALLAH HAQQINDA DÜŞÜNCƏLƏRİ

Allaha inanmaq və ya inanmamaq – bu, hər bir insanın özündən və məqsədindən asılı olmayaraq, cavabını tapmalı olduğu bir sualdır. Bu fikri müxtəlif illərdə Nobel mükafatı laureatlarının bir çox əsərlərində də izləmək olar. Maraqlı tərəfi odur ki, fizika, kimya, fiziologiya və tibb elmləri ilə məşğul olsalar da, bu, dünya şöhrətli Nobel mükafatçılarının ilahi qüvvələrə inanmasına mane olmayıb. Laureatlar və mükafatçılar arasında dini dəyərlərini müdafiə edən kifayət qədər alimin adını misal çəkmək olar.

Publika.az oxucuları təbiət elmləri sahəsində mükafat almış 15 alimin tanrı haqqında fikirləri ilə tanış edir.

Albert Eynşteyn

src="/storage/files/upload/Albert-Ei-nshtei-n.jpg" class="fr-fic fr-dii">

Albert Eynşteyn (1879-1955) 1921-ci ildə kvant nəzəriyyəsinin inkişafına verdiyi töhfəyə və Fotoelektrik effekt qanununu kəşf etdiyinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Eynşteyn müasir fizikanın banilərindən biri, nisbilik nəzəriyyəsinin yaradıcısıdır. 2000-ci ilin dekabrında media (“Reuters”-in məlumatına görə) Eynşteyni “İkinci minilliyin adamı” adına layiq görülüb.

“Tanrının dünyanı necə yaratdığını bilmək istəyirəm. Məni bu və ya digər elementin spektrində müəyyən hadisələr maraqlandırmır. Onun fikirlərini bilmək istəyirəm, qalanı təfərrüatdır.

Din və elm öz-özlüyündə açıq təzad təşkil etməsinə baxmayaraq, onlar arasında güclü əlaqə və qarşılıqlı asılılıq mövcuddur. Din son təyinedici rolunu oynasa da, geniş mənada hansı vasitələrin qarşısına qoyduğu məqsədlərə apardığını elmdən öyrənib.

Elm ancaq həqiqət və anlayışa can atmaq yolunda addımlayanların əsəri ola bilər. Amma bu hissin kökü din motivindən gəlir. Bu dünyanın qaydalarının rasional, yəni ağıl üçün başa düşülən olması ehtimalına inam oradan qaynaqlanır.

Mən əsl alimi güclü inamı olmadan təsəvvür edə bilmirəm. Vəziyyəti obrazlı şəkildə belə ifadə etmək olar: dinsiz elm topal, elmsiz din isə kordur”.

Maks Plank

src="/storage/files/upload/Maks-Plank.jpg" class="fr-fic fr-dii">

1918-ci ildə Maks Plank (1858-1947) Enerji kvantlarının kəşfi vasitəsilə fizikanın inkişafına verdiyi töhfəyə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Maks Plank müasir fizikanın atası kimi tanınır. O, 20-ci əsrin ən mühüm fiziki nəzəriyyələrindən birini - kvant nəzəriyyəsini formalaşdırıb, həmçinin nisbilik nəzəriyyəsinin inkişafına və elektromaqnit şüalarının öyrənilməsinə mühüm töhfə verib. Bundan əlavə, Plank kvant mexanikasının banisidir.

Plank özünün məşhur “Din və təbiət elmləri” adlı məruzəsində (1937-ci ilin mayında) yazırdı: “Həm din, həm də təbiət elmləri Allaha inam tələb edir, halbuki din üçün Allah bütün düşüncələrin başında, təbiət elmləri isə sonda dayanır. O, bəziləri üçün təməl, digərləri üçün isə hər hansı dünyagörüşü prinsipləri quruluşunun zirvəsidir”.

Ervin Şrödinger

src="/storage/files/upload/Ervin-SHre-dinger.jpg" class="fr-fic fr-dii">

Ervin Şrödinger (1887-1961) 1933-cü ildə Atom nəzəriyyəsinin yeni məhsuldar formalarının kəşfinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Onun əsərləri həm də maddənin dalğa nəzəriyyəsinin və kvant mexanikasının digər əsaslarının inkişafına mühüm töhfə olub. Şrödinger dalğa mexanikasının banisi kimi tanınır.

Şröndinger deyirdi ki, elm qaydalarını Allahın müəyyənləşdirdiyi bir oyundur:

“Elm bir oyundur, lakin bu, zarafat deyil, yaxşı itilənmiş bıçaq oyunudur... Məsələn, hər hansı bir şəkli diqqətlə minə kəsib parçalara ayırın və qarışdırın, sonra yenidən birləşdirməyə çalışın. Bu, tapmaca həll etmək kimidir. Elmdə tapmaca sizə Allahdan başqa heç kim tərəfindən verilmir. Oyunu da, oyunun qayda-qanunlarını da Allah özü müəyyənləşdirib, üstəlik heç birini tam bilmirsən. Qaydaların çatışmayan yarısını təxmin və ya müəyyən etməyə icazə verilir. ...Nəticə ondan asılıdır ki, Allah tərəfindən əbədi olaraq müəyyən edilmiş oyunun həqiqi qaydalarının sayı həqiqəti dərk edə bilmədiyiniz üçün edilən səhvlərin sayından nə qədər çoxdur. Və bu nisbət müəyyən həddi keçərsə, tapmaca həll olunacaq. Görünür, oyunun bütün həyəcanı budur.

Verner Heyzenberq

src="/storage/files/upload/Verner-Gei-zenberg.jpg" class="fr-fic fr-dii">

Verner Heyzenberq (1901-1976) 1932-ci ildə Fizika üzrə Nobel mükfatına layiq görülüb. Kvant mexanikasının yaradılmasına görə, onun tətbiqi, hidrogenin allotropik formalarının kəşfinə gətirib çıxardı. 1927-ci ildə Heyzenberq məşhur qeyri-müəyyənlik prinsipini formalaşdırdı və onun adını daşıyır.

Verner Allaha inamını bu sözlərlə ifadə etmişdi: “Təbiət elmləri qədəhindən ilk qurtum ateizm doğurur, ancaq damarlarda bizi Tanrı gözləyir”.

Çarlz Hard

src="/storage/files/upload/CHarlz-Tauns.jpg" class="fr-fic fr-dii">

Lazerin ixtiraçısı Çarlz Hard Tauns (d.t 1915) 1964-cü ildə Kvant elektronikası sahəsində maser-lazer prinsipi əsasında osilatorların və gücləndiricilərin yaradılmasına səbəb olan fundamental işlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Çarlz Taunes lazer elminin banisi hesab olunur.

“Allahın varlığı haqqında nə düşünürsünüz” sualına Çarlz Tauns belə cavab vermişdi: “Mən Allahın varlığına əminəm – intuisiya, müşahidə, məntiq və elmi biliklər əsasında”.

Artur Şavlov

src="/storage/files/upload/Artur-SHavlov.jpg" class="fr-fic fr-dii">

Lazerin ixtiraçılarından biri olan Artur Şavlov (1921-1999) 1981-ci ildə Lazer spektroskopiyasının inkişafına verdiyi töhfəyə görə və elektromaqnit şüalanmasının maddə ilə qarşılıqlı təsirinin spektroskopik təhlili üzərində inqilabi işinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Lazeri ilk patentləşdirən Artur Şavlov və Çarlz Taunes olub.

Artur Şavlov elmlə dinin əlaqəsini belə təsvir edirdi: “Din iman üzərində qurulur. Mənə elə gəlir ki, kainatın və həyatın möcüzələrini görəndə təkcə “necə” sualını deyil, həm də “niyə” sualını vermək lazımdır. Bu suala ancaq din cavab verir. Mən onları böyüdüyüm və zamanın sınağından çıxmış protestant xristianlığında tapdım. Dini kontekst elmi araşdırmalar üçün əla əsasa çevrilir. 18-ci Məzmurda deyildiyi kimi “Göylər Allahın izzətini bəyan edir, qübbələr onun əl işindən danışır”. Elmi araşdırmalar ibadətdir, çünki Allahın yaratdığı möcüzələrini getdikcə daha çox ortaya qoyur”.

Vilyam Henri Breqq

src="/storage/files/upload/Ser-Uilyam-Genri-Bregg.jpg" class="fr-fic fr-dii">

Uilliam Henry Breqq (1862-1942) 1915-ci ildə X-şüaları vasitəsilə kristalların tədqiqindəki xidmətlərinə görə fizika üzrə Nobel mükafatı alıb. O, inanırdı ki, bu dünyaya imtahan üçün gəlmişik:

“Məsih əmrlərində və öz nümunəsi ilə göstərdi ki, Allah bizim Atamızdır, biz isə onun övladlarıyıq. Sevginin hökm sürdüyü cəmiyyəti göstərdi. Odur ki, həyatda hidayət (Hidayət “doğru yolda olmaq, haqq yolu tapmaq və ya göstərmək” deməkdir) axtararkən bu barədə düşünməliyik - uşaqları necə görmək istərdik və onlardan hansı davranışı gözləyirik. Uşaqların çalışqan, səmimi, şən, mehriban olması xoşumuza gəlir. Onların əylənməsi bizi də sevindirir. Bəzən biz kədər və ağrı hiss edirik, lakin gəlin mümkün qədər xoşbəxt olaq. Biz firavanlıq və səadət içində olmaqla bu duyğulardan məhrum olanlara da kömək edirik. Xoşbəxtlik arzumuz nə qədər güclü olsa, onu başqalarına bir o qədər çox ötürə bilərik. Axı biz inanırıq ki, bu, həyat son sınaq deyil, sadəcə bir hazırlıqdır”.

Qulyelmo Markoni

src="/storage/files/upload/Gulelmo-Markoni.jpg" class="fr-fic fr-dii">

1909-cu ildə Quleylmo Markoni (1874-1937) ilk uğurlu simsiz teleqraf sistemini ixtira etdiyinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Markoni radionu icad etdikdən onun inqilabi yazıları müasir dünyada elektron rabitənin inkişafının başlanğıcını qoydu.

“Təbiət qüvvələri ilə nə qədər işləyirəmsə, Allahın lütfünün insana bir o qədər çox yağdığını hiss edirəm. Hər şeyin Əbədi Yaradana və Qüdrətə əsaslandığı böyük həqiqəti dərindən dərk edirəm. Daha çox başa düşürəm ki, məşğul olduğum elm - insanları özlərini dərk etmələrinə və daha yaxşı olmasına kömək etmək üçün bir araya gətirmək istəyən Ali İradənin təzahüründən başqa bir şey deyil”.

Artur Kompton

src="/storage/files/upload/Artur-Kompton.jpg" class="fr-fic fr-dii">

Artur Holli Kompton (1892-1962) 1927-ci ildə onun adını daşıyan “Kompton effekti”ni kəşf etdiyinə görə fizika üzrə Nobel mükafatı alıb. Kompton effekti elektromaqnit şüalanmasının elektronlar tərəfindən səpilməsi səbəbindən dalğa uzunluğunun dəyişməsi hadisəsidir. Bu təsir enerjinin fotondan elektrona ötürülməsi ilə izah olunur. 1922-ci ildə edilən bu kəşf elektromaqnit şüalanmasının ikili – dalğalı və korpuskulyar xarakterli olduğunu təsdiqləyib.

“Elm və fövqəltəbii” (1946) əsərində Kompton yazırdı: “Uşaqlıqdan mən İsada yaxınına sevginin real əməllərdə ifadə olunan ən böyük nümunəsini öyrəndim. İnsan öz ruhunu ancaq daha yüksək bir dəyər naminə itirməklə tapa bilər, ən hörmətli müasirləri tərəfindən tutulsa belə həqiqətdən imtina etməkdənsə, ölməyi üstün tutan bir nümunəni gördüm. İsanın ruhu bu gün insanlarda o qədər aydın şəkildə təzahür edir ki, ümid məndə yaşayır: bacardığım qədər Ona tabe olmaqla, mən də əbədi yaşaya bilərəm”.

İsidor İsaak Rabi

src="/storage/files/upload/Isidor-Ai-zek-Rabi.jpg" class="fr-fic fr-dii">

İsador Ayzek Rabi (1898-1988) illərdə Fizika üzrə atom nüvələrinin maqnit xassələrinin ölçülməsinə dair işinə görə Nobel mükafatı laureatı olub.

“Fizika məni heyrətə gətirdi və kök səbəbləri haqqında düşünməyə vadar etdi. Məni Allaha yaxınlaşdırdı. Elmi fəaliyyətlə məşğul olduğum bütün illərdə bu hiss məndə qaldı. Hər dəfə bir tələbə yanıma elmi layihə ilə gələndə ona yalnız bir sual verirdim: “Bu, səni Allaha yaxınlaşdıracaqmı?”

Cozef Teylor

src="/storage/files/upload/Dzhozef-Tei-lor-mladshii-.jpg" class="fr-fic fr-dii">

1941-ci ildə dünyaya gələn alim Cozef Teylor 1993-cü ildə qoşa pulsarın kəşfinə görə Nobel mükafatı laureatı sahibi olub. Teylorun araşdırması kainatın Böyük Partlayış nəticəsində meydana çıxması nəzəriyyəsini təsdiqləyir. Cozefin qənaətincə elmi yeniliklər bizi daha da Allaha yaxınlaşdırır: “Elmi kəşflər həm də dini kəşfdir. Elmlə din arasında heç bir ziddiyyət yoxdur. Bu dünyada hər yeni kəşf bizim Allah haqqında biliklərimizi zənginləşdirir”.

Cozef Marri

src="/storage/files/upload/Dzhozef-Marri.jpg" class="fr-fic fr-dii">

Cozef Marri (d.t 1919) 1990-cu ildə ölməkdə olan xəstələrin həyatını xilas etmək üçün orqan transplantasiyasının mümkünlüyünü sübut edən işinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülüb. Marri ilk dəfə böyrək transplantasiyası əməliyyatını həyata keçirib. Müasir transplantasiyanın banilərindən biri kimi tanınır.

Professor Cozef Marri Milli Katolik Reyestrinə verdiyi müsahibədə (1-7 dekabr 1996) dinlə elm arasında heç bir ziddiyyət olmadığını iddia edir: “Kilsə elmə düşməndirmi? Mən katolik ənənəsində böyüdüm və alim oldum və bu düşmənçiliyi hiss etmirəm. Həqiqətin bir növü - kəfçin həqiqətidir; digər növü elmi həqiqətdir. Əgər həqiqətən yaradanın mərhəmətinə inanırsansa, elmlə məşğul olmaqda heç bir qəbahət yoxdur. Yaradılış haqqında nə qədər çox öyrənsək, Allaha bir o qədər çox həmd edirik. Şəxsən mən heç vaxt elmlə din arasında ziddiyyət görməmişəm”.

Ernst Çeyn

src="/storage/files/upload/Ernst-CHei-n.jpg" class="fr-fic fr-dii">

Ernst Çeyn (1906-1979) 1945-ci ildə penisilini və onun müxtəlif yoluxucu xəstəliklərdə müalicəvi təsirini kəşf etdiyinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanıb.

Teistik təkamülün tərəfdarı olan Ernst Çeyn materialist təkamül nəzəriyyəsindən belə danışırdı: “Bu gülünc fərziyyələrdənsə, elmlərə inanmağı üstün tuturam. Həmişə demişəm ki, həyatın necə yarandığına dair boş-boş fikirlər mənasızdır; nəhayət, ən sadə canlı sistemləri belə o qədər mürəkkəbdir ki, milyonlarla il əvvəl baş vermiş izaholunmaz hadisələr elm adamlarının müraciət etdikləri son dərəcə primitiv kimyanın köməyi ilə başa düşülə bilməz. Allahı belə sadəlövh ideyalara yaxınlaşdırmaq imkansızdır”.

Derek Barton

src="/storage/files/upload/Derek-Barton.jpg" class="fr-fic fr-dii">

Ser Derek Barton (1918-1998) konformasiya konsepsiyasının (mürəkkəb molekulların üçölçülü strukturunun tədqiqi) inkişafına və onun üzvi kimyaya tətbiqinə verdiyi töhfələrə görə 1969-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. Derek iddia edirdi ki, elm və dinin missiyası eynidir: “Allah Haqqdır. Elm və din bərabərdir. Hər ikisi eyni həqiqəti axtarır. Elm Tanrının mövcud olduğunu göstərir”.

Riçard Smolli

src="/storage/files/upload/Richard-Smolli.jpg" class="fr-fic fr-dii">

Riçard Smolli (1943-2005) 1996-cı ildə kimya üzrə Fullerenlərin kəşfinə görə - karbonun üçüncü elementar forması (qrafit və almazla birlikdə) işinə görə Nobel mükafatı qazanıb. Smollinin ölümündən sonra ABŞ senatı onun nanotexnologiyanın atası olması qətnaməsini qəbul edir.

Smolli də inanclarna bağlı bir alim idi və müntəzəm olaraq kilsəyə baş çəkərdi: “Bu yaxınlarda yenidən müntəzəm olaraq kilsəyə getməyə başladım. Yeni məqsədim var: Məsihin ölüb yenidən dirilməsindən təxminən iki min il keçməsinə baxmayaraq, bu gün milyardlarla insan üçün Xristianlığın cəlbediciliyinin və gücünün nə olduğunu anlamağa çalışmaq. Bunu heç vaxt tam başa düşə bilməsəm də, deyə bilərəm ki, cavab çox sadədir: Xristianlıq həqiqətdir. Allah həqiqətən də dünyanı 13,7 milyard il əvvəl yaradıb və öz yaratdıqlarının taleyinə bağlı olması qaçılmazdır. Bu kainatın məqsədini yalnız Allah bilir, lakin müasir elm getdikcə daha çox əmin olur ki, insana həyat verən kainat çox dəqiq təşkil olunub. Allah dərgahında mühüm rolumuz var. Bizim vəzifəmiz bu rolu anlamağa çalışmaq, bir-birimizi sevmək və məqsədinin həyata keçirilməsində Allaha kömək etməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm