İnanc
Səfərdə olan şəxs oruc tuta bilərmi? - Əgər kimsə düşünürsə ki,..
“Dinimizə görə səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Bu barədə Qurani-Kərimdə buyurulur: “...Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!..” (əl-Bəqərə, 184). Beləliklə səfərdə olan şəxs oruc tutmaya bilər. Ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Məhəmməd Peyğəmbərin hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur:
“Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): “Nə baş verib?” – deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” – deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”. Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və səfərdə oruc tutmaq həmin dövrün insanları üçün çox çətin idi. Çünki müasir nəqliyyat vasitələri həmin dövrdə yox idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər”.

C.Məmmədov vurğulayıb ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür və səfərdə olan insanlar oruc tutmaya bilərlər:
“Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına hər hansı qadağa yoxdur. Əgər kimsə düşünürsə ki, sonradan tutmadığı günlərin qəzasını tutmaq çətin olacaq onun üçün orucuna davam edə bilər. Xüsusilə də indiki müasir nəqliyyat vasitələrinin inkişaf etdiyi bir dövrdə. Orucu açmaq üçün icazə verilən səfər məsafəsinə gəldikdə isə bu, 90 kilometrdir. Allah bütün dua və orucları qəbul etsin! Allah ölkəmizi, dövlətimizi qorusun!”.
Akqabay
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi









.jpg)












.png)
















