İnanc
Azərbaycanda kremasiya mərkəzləri yaradılacaq? - Dövlət Komitəsindən AÇIQLAMA
"Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır".
Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd edilib ki, məsələnin hüquqi, praktiki və dini-sosial tərəfləri var.
Bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşayan hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.
"Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması qaydaları"nda ölmüş şəxsin dini mənsubiyyəti və inancına uyğun olaraq kremasiya olunması prosesini tənzimləyən müddəalar öz əksini tapıb. İndiyədək Dövlət Komitəsinə ümumi məlumat əldə etmək niyyəti daşıyan bəzi istisna hallardan başqa, konkret faktlarla əlaqədar müraciətlər daxil olmayıb. Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır", - məlumatda bildirilib.
Qeyd edək ki, son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb.
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı
















.jpg)





















