Tarix
Qədərinə tərk edilmiş tarix - - FOTO
Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhərlərindən biri Ağsu şəhəri olub. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə edib.

Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi
Şəhərin tarixinin öyrənilməsi məqsədi ilə 2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası şəhər ərazisində qazıntılara başlayıb. Tədqiqat prosesinə professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli rəhbərlik edib.

Arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları
2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilərək, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunub. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılıb. Bununla yanaşı, 2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kv. metr sahənin üzəri örtülərək, içərisində sərgilər qurulub və tarixi abidə kimi qeydiyyata alınıb. Bütün bu prosesləri əks etdirən kitab, broşür, jurnal, film, 3D roliklər, veb-səhifələr hazırlanaraq, xaricdə və respublikda onlarla məqalə və məruzə nəşr edilərək, əsrlərlə yer altında yatan tariximiz insanlara təqdim olunub.

Qazıntılar vaxtı tapılmış eksponatların bir hissəsi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılır
Məlumat üçün qeyd edək ki, respublikaya gələn xarici və yerli turistlərin ən cox maraq göstərdiyi abidələrdən biri də Ağsu abidəsidir. 2013-cü ildən bu günə kimi minlərlə xarici, on minlərlə yerli turist Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksini ziyarət edib.

Qədim sikkələr
Bütün bunlarla yanaşı, Ağsuda 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı təşkil olunub və dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil edilib. 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər — YOCOCU IV Beynəlxalq Konfransı da burda keçirilib.

Qədim Ağsu ərazisindəki arxeoloji qazıntılar
Və bütün bunlarla belə, sözügedən tarixi incimiz hazırda taleyin
ümidinə buraxılıb. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə və
digər orqanlara müraciət olunmasına baxmayaraq, hələ də bu abidəyə
layiq olduğu qiymət verilməyib və onun qorunması istiqamətində real
addım atılmayıb. Halbuki, özündə böyük tarixi yaşadan bu abidəni
göz bəbəyi kimi qorumaq gələcək nəsillər qarşısında borcumuzdur!
(sputnik)
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya30 Avqust 15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi















.jpg)























.jpg)
