Tarix
Tarixin nizamını dəyişdirən qadınlar - FOTOLAR
Tarixdə kişilərlə yanaşı, qadınlar da öz izlərini qoya
biliblər. Hətta bir çox qadın tarixin gedişatını belə dəyişməyi
bacarıb.
Publika.az tarixin gedişatını dəyişdirən 9 qadının
kimliyini oxuculara təqdim edir:
Janna Barraya

Bütün dünyanı səyahət etmiş ilk qadın. O, kişi paltarı geyinərək,
fransız botanikin xidmətçisi kimi gəmiyə minir və illər sonra
Parisə qayıdır. O, Təbiət Muzeyinə 3000 növ yeni bitki növü təqdim
edir. Kraldan minnətdarlıq və ömürlük təqaüd alır.
Qarriet Tabmen

Afroamerikalıların azadlığı üçün ömrü boyu mübarizə aparıb. O,
həbsxanada nəzarətçi ilə birlikdə qaçmış qulu döyməkdən imtina
etdiyi üçün 13 il amansızcasına işgəncələrə məruz qalır. Vətəndaş
müharibəsi zamanı kəşfiyyatçı və tibb bacısı olub. Özü yazıçı idi.
ABŞ-da sosial islahatların tətbiqində iştirak edirdi və minlərlə
insanlara azadlıq ilhamı olub.
Mariya Sklodovskaya-Kyuri

Elmin ilahasi. İki dəfə Nobel mükafatı alıb, yüz minlərlə qadının
elmə yolunu açıb. Əri ilə birlikdə radium və polonium elementlərini
kəşf edib. Sarbonna Universitetinin tarixində ilk qadın müəllim
olub.
Vera Obolenski

Rusiya şahzadəsi. Fransada müqavimət hərəkatının qəhrəmanı. Əvvəl
maniken olub, sonra katibə işləyib. Kəşfiyyat fəaliyyəti ilə məşğul
olub, həmçinin, Britaniya hərbi əsirlərinin qaçışını təmin edib.
Nasistlər tərəfindən həbs olunub. Öz möhkəmliyi və cəsarəti ilə
Rusiyada, Fransada və digər ölkələrdə məşhurlaşıb. Faşistlərlə
mübarizədə yüzlərlə kişi və qadına ilham verib.
Eleonora Ruzvelt

Dünyanın ilk birinci xanımı. Yüksək statusuna baxmayaraq, Eleonora
sosial problemlərdən bəhs edən məqalələr dərc edirdi. Siyasi
məsələlərdə ərinə fəal şəkildə kömək edib, BMT-nin yaradılmasında,
İnsan Haqları Bəyannaməsinin hazırlanmasında iştirak edib. Hüquq
bərabərliyi və qadınların azadlığı üçün mübarizə aparıb.
Qreys Hopper

Kompüterə insan dilini anlamağı öyrədən proqramçı. Riyaziyyat üzrə
doktorluq dissertiyasının müdafiə etmiş ilk qadındr. ABŞ Hərbi
Dəniz Donanmasında 37 il könüllü xidmət edib. Onun adına hər il
gənc proqramçılara mükafat verilir.
Billi Cin Kinq

Tennisdə kişi üzərində qalib gələn ilk qadın. O, bu qabiliyyətlə
qadınların idmanda kişilərlə bərabər hüquqa malik olduğunu sübut
edib. Uimbldon yarışında qələbələrin sayı üzr rekordmendir. “Böyük
dəbilqə” yarışlarının hamısını udub. Onun təşəbbüsü ilə Ümumdünya
qadın Tennis Assosasiyası yaradılıb.
Natalya Behterev

Uşaq evində böyümüş bu qız Leninqrad mühasirəsini yaşayıb. Bütün
həyatını tibbə və beynin öyrənilməsinə həsr edib. İnsan Beyni
İnstitutunun banisidir. Əsəb sisteminin müalicəsi üçün yüzlərlə
metod hazırlayıb.
Malala Yusufzay

Əfqanıstanda Taliban rejimi vaxtı bloq yaradıb. Onda onun cəmi 11
yaşı var idi. Qızları təhsil hüququnu müdafiə edib. Buna görə
başından güllə yarısı alıb, lakin sağ qalıb. Şərqdə qadın hüquqları
ilə bağlı mübarizəsini davam edib. Livanda Suriyadan olan qaçqaın
qızlar üçün məktəb açıb. O, 19 yaşında ən gənc Nobel mükafatçısı
adına layiq görülüb. Azadlıq simvolu hesab edilir.
Asif
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya30 Avqust 15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi















.jpg)























.jpg)
