Tarix
Tarixdə BU GÜN
“Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 may hansı fakt və olaylarla yadda qalıb?
1883 – Bakı-Tiflis-Batumi dəmir yolu xətti fəaliyyətə başlayıb.
İnşası üç il sürən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi.
Həmin dövrdə qatarlar Bakıdan Tiflisə 550 km-lik yolu 18-20 saata qət edirdilər.

1919 – Tanınmış bəstəkar və pedaqoq Soltan Hacıbəyov (1919-1974) Şuşada anadan olmuşdur.

Vətənpərvərlik mövzusunda simfonik əsərlərin müallifi kimi tanınıb, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da vəfat edib.
1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər.

Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi.
Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.
Rayonun 20 minə yaxın əhalisi didərgin düşdü.
Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.
1992 – Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub.

1994 - Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb.

Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və “DQR parlamentinin sədri” Karen Baburyan imza atmışdı.
Atəşkəs haqqında şənəd mayın 12-də qüvvəyə mindi.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm


















.jpg)














.jpg)
