Tarix
SSRİ-də insanlara gerçək adı ilə sırınan yalanlar: STALİN MİFİ VƏ... - FOTOLAR
Sovet təbliğatı istənilən sahədə insanları ölkə və rejim haqqında yüksək fikirlərə yiyələndirmək məqsədi daşıyırdı. Təbliğat maşını təkcə öz insanına deyil, ümumilikdə bu ölkənin adı dünyanın hansı nöqtəsində çəkilərsə, “utopik sosializm”in gerçək örnəyi kimi yaddaşlara həkk olunmağı hədəfləmişdi. İndi bunu nə dərəcədə bacardı, burada fikirlər haçalanır. Əlbəttə istənilən quruluş kimi SSRİ-nin də örnək alınası tərəfləri vardı. Amma nəzərə alsaq ki, sovet örnəyinin çoxu köksüz idi, yalan baza üzərində qurulmuşdu, o zaman bu tərənnüm sabun operasından başqa bir işə yaramır.
Publika.az bildirir ki, göstəriş, təntənəli nümayiş – sovet quruluşunun ən vacib təbliğat vasitəsi sayılırdı. Hər fürsətdə vətəndaş ölkənin nailiyyətlərini, uğurlarını görməli idi. Bunun üçün ölkənin hər yerində vaxtaşırı sərgi pavilyonları yaradılır, müxtəlif sahələrdə yeni avadanlıqlar sərgilənirdi. Bu sərgilərə dəstə-dəstə axışan məktəbli və ya yetkin insanlara yorulmadan necə bir gözəl dövlətdə yaşadıqları, hansı üstünlüklərə malik olduqları barədə məlumatlar oxunurdu.
Bəs bu sərgilərə qatılan insanlar necə aldadılırdı?

Əvvəla, insanlara elə yalan məlumatlar verilirdi ki, bunlar həqiqətdən seçilmirdi. Xüsusilə də səyyar sərgilər ölkəni qarış-qarşı gəzərək minlərlə insanın marağına səbəb olurdu. İki ay müddətinə baş tutan bütün nümayişlər anşlaqla keçirdi. Bu sərgilərdə insanlara müxtəlif miflər həqiqət kimi sırınırdı. Ən əsası da deyilirdi ki, sərginin əsas pavilyonunun altında Stalinin bunkeri yerləşir. İnsanların böyük marağına səbəb olan bu yalan nə mahiyyət daşıyırdı, əsli bəlli deyil. Amma həqiqətdə pavilyonun altında sadəcə yarımzirzəmi formasında sığınacaq yerləşirdi ki, müharibədən çıxmış bir ölkə üçün belə məkanların olması təəccüblü görünməz. Həmin sığınacaqlarda havalandırma sistemindən başqa heç nə olmur, hər hansı bir avadanlıq saxlanılmırdı.
Stalinin özünün bu sərgilərə baş çəkməsinə dair hər hansı bir fakt və ya fotoşəkil yoxdur. Amma bələdçilərin daha bir yalanı dahi rəhbərin tez-tez belə tədbirləri ziyarəti ilə bağlı idi. Guya 1940-cı ildə Stalin gecəylə pavilyonun Gürcüstana aid hissəsini qəfil ziyarət edibmiş. Odur ki, sərgidə iştirak həmişə indicə Stalin içəri gələcəkmiş kimi yüksək səviyyədə keçirilirdi.

SSRİ-də bu cür sərgilər bütün əsas şəhərlərdə keçirilirdi. Belə sərgi pavilyonu digər sovet respublikaları kimi Azərbaycanda da təşkil olunurdu. Məşhur "Dostluq" fəvvarəsində ölkəsini öz simvolu ilə təmsil edən qızılı qadın heykəlləri ucaldılmışdı. Azərbaycan qadını burada əlində nar tutmuş şəkildə təsvir olunur.





Belə sərgilərin təşkili digər dost ölkələrə də keçid almışdı. Məsələn, Çinin Şanxay şəhərində SSRİ-nin maddi hesabına yaradılmış pavilyonda əsas hədəf ölkənin nailiyyətlərini – ağır və yüngül sənaye məhsullarını hətta dost dediyi sosialist ölkəsinin “gözünə soxmaq” idi. Həmin pavilyonun əsas hissəsi bu gün də müasir Şanxayın meydanını bəzəyir.



Yeri gəlmişkən, bu pavilyonların əksəriyyəti, SSRİ dağılandan sonra ticarət mərkəzlərinə çevrildi. Yəni mahiyyət qaldı, sadəcə şəkil dəyişdi.
Şəfiqə ŞƏFA
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?



















.jpg)
















