Tarix
Dünyanı nizamını dəyişən HOMOSEKSUAL DAHİLƏR - FOTO
Müasir cəmiyyət homoseksuallıq anlayışı ilə qədimdən tanışdır. Tarixə nəzər salsaq, görərik ki, eynicinsli şəxslər arasında məhəbbət əhvalatları kifayət qədərdir. Bu insanlar tarıx boyu tənələrə, təhqirlərə məruz qalsalar da, bəşəriyyətin mədəniyyət tarixinə öz tövhələrini də veriblər. Onlar çox vaxt şəxsi həyatlarını ətrafdakılardan gizlətmək məcburiyyətinə qalıblar.
Publika.az sivilizasiyanın inkişafında əvəzsiz rolu olan üç dahi homoseksual haqda yazını təqdim edir:
Sokrat

Dahi filosof Sokrat eramızdan əvvəl 469-cu ildə Afinada doğulub. Daim öz daxili aləmini, mənəviyyatını təkmilləşdirməyə cəhd göstərən filosof cəmiyyətdən uzaqlaşıb, həyat haqda düşüncələrə qapılırdı. Bir müddətdən sonra dövrünün varlı aillələri öz övladlarını onun yanına tələbə kimi göndərməyə başlayırlar. Onların arasında antik yunan filosofu Platon da var idi. Sokratın bugünədək bizə çatmış fəlsəfi fikirlərini tələbələri qələmə alıb, çünki özü yazıb-oxumağı bacarmayıb. Eramızdan öncə 399-cu ildə Sokratı yeniyetmələrin mənəviyyatını kirlətdiyi üçün insanların gözü önündə dar ağacından asırlar. Platonun müəllimi haqda qeydə aldığı əsərlərində onların bir-birinə qarşı olan ali, səmimi hislərdən bəhs olunur. “Platonik sevgi” anlayışı da, məhz buradan gəlir.
Makedoniyalı İskəndər

Dahi sərkərdə Makedoniyalı İskəndər artıq 20 yaşında taxta yüksəlmişdi. E.ə. 334-cü ildə tarixdə əfsanəvi hücum kimi qalan Şərqə yürüşü zamanı farslar və misirlilərə qalib gələrək, Mesopotamiyanı ələ keçirir. 11 il ərzində bir dəfə də olsun məğlub olmur. Tarixdə dahi hərbçi və siyasətçi kimi qalmağa nail olur. Öz cüssəli vücudu, xarizması ilə daim xanımların qəlbini fəth edən İskəndərin evləndiyi qadınlar çox olsa da, heç vaxt onlara lazımi sevgini göstərməyib. Tarixi faktlara əsasən ən yaxın dostu və sevgilisi olan uşaqlıq dostuna da İskəndər adını vermiş və ömrünün sonundək onu sevmişdi. Hətta dostunu ölümdən xilas edə bilməyən təbibi dar ağacından asdırmışdı.
Leonardo Da Vinçi

Bu dahi insanın istedadı hüdudsuz olub. 1452-ci ildə dünyaya göz açan Leonardonun bacarığını ilk dəfə 14 yaşında müəllimi rəssam Andear del Verroçino üzə çıxarır. Da Vinçi öz ixtiraları ilə də, tarixə səs salan qüdrətli alimdir. Həyatının son illərini Fransa kralının sarayında yaşayan dahi rəssam elə orada da, dünyasını dəyişib. Müəmmalı insan kimi tarixdə iz qoyan rəssam hətta əsərlərində imzasını şifrələrlə yazırdı. Qadınlara qarşı yad münasibəti olar Leonardonun dünyanca məşhur “Mona Liza” əsərində də, mənası gizli qalan təbəssümün qadına yox kişiyə məxsus olduğu bəlli olmuşdur. Bu fakt isə, onun cinsi orientasiyasi ilə əlaqələndirilir.
Leyla Sarabi
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama






.jpg)






























