Tarix
Dəhşətli ADƏTLƏR: hamilə vaxtı çoxlu kişi ilə sevişirdilər ki... - FOTOLAR
Antik Roma və Yunanıstan haqda filmləri izləyərkən tamaşaçıda elə təəssürat formalaşır ki, sanki qədim dünya insanlarının yeganə əyləncəsi eyş-işrət, intim münasibət olub. Bəs görəsən bu, həqiqətənmi belədir, yoxsa rejissorlar hansısa maraq baxımından bu yola əl atırlar?
Publika.az bu suala cavab tapmağa çalışıb.
Qədim dünya insanları üçün cinsi əlaqə ilk növbədə nəsilin davam etdirilməsi üçün vacib bir vasitə idi. Çünki övladı dünyaya gələn cütlüklər ətrafdakıların dərin hörmətini qazanırdılar.
Bəzi yüngüləxlaqlı ərli qadınlar isə, hamiləliyi həyatlarının ən zövqlü dövrü hesab edirdilər. Məsələn, İmperator Avqustun qızı Yuliya deyirdi ki, ərimdən başqa digər kişilərlə də rahat münasibətdə olacağım üçün hamiləliyimi səbirsizliklə gözləyirəm.
Antik dövrün insanlarının böyük elmi bilikləri olmadığı üçün ginekologiyanın incəliklərindən də xəbərsiz idilər. Bu səbəbdən də, bir çox qadın xəstəlikləri yayılırdı. İnfeksiyalar qadınlara cinsi yolla da keçirdi.
Qədim Roma şairi Katulla yazırdı: “Cinsi yolla insanlar bir-birinə nəinki xəstəliklərini hətta öz qoxularını ötürürlər”.
Həmin zamanda yaşamış tarixçi-təbib Böyük Plininin bugünədək gəlib, çatmış əlyazmalarında sözügedən dövrün doğuşlarına aid faktlar toplanıb.
Təbibin fikrinə görə, qız uşağını dünyaya gətirmək, oğlandan qat-qat çətindir. Doğuşu sürətləndirmək üçün Plini qadının qarnı üzərinə kaftarın sağ pəncəsini kəsib qoymağı təklif edirdi. Bu rəmzi məna daşıyırdı. Çünki kaftar ən sürətli qaçan heyvanlardan biridir. Tarixçi həmçinin qaz nəcisini içməyin doğumu sürətləndirdiyini və asanlaşdırdığını düşünürdü.
Doğum anında ağrıkəsici kimi isə donuz uşaqlığını, bal və şərab qarırışımı içməyi tövsiyə edirdi. Bu primitiv üsullar müasir ginekologiya elmində rişxəndlə qarşılanır.
Qədim Roma və Yunanıstanda hər gün doğum zamanı saysız hesabsız ana və körpə ölümü baş verirdi. Odur ki, qadınlar arzuolunmaz hamiləlikdən qorunmağın yollarını axtarırdılar. Hamilə qalmaq, dövrün fahişələri üçün də ən böyük faciə idi. Abort isə, çox zaman qadını ya şikəst edir, ya da, ölümü ilə nəticələnirdi. Yeganə ümid hamiləliyi sonlandıran, kontraseptiv həblər idi.
“Qadın təbiəti haqda” traktatında Hippokrat bunun üçün tərkibində bal olan bir neçə həb resepti təklif edir. Bal bugün də arzuolunmaz hamiləliyi sonlandırmaq üçün ən effektiv təbii vasitə sayılır.
Antik yunan alimi Soranus isə, öz “Ginekologiya” əsərində bir sıra qadın problemlərinə toxunur. O, kontraseptiv həb kimi nar qabığını məsləhət görür. Soranusun reseptləri arasında bir sıra tamponlar da var ki, qadın orqanizmi üçün ölümcül təhlükə yarada bilər.
Antik dövr haqda yazılan bu faktlar, bir daha sübut edir ki, qədim insanların həyatı təsəvvür etdiyimizdən qat-qat çətin və məşəqqətli olub.
Leyla Sarabi
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi