Mixail Lermontovun ÖLÜM SİRRİ: şairə ölüm arzulamaq kimə lazım idi?
Bizi izləyin

Tarix

Mixail Lermontovun ÖLÜM SİRRİ: şairə ölüm arzulamaq kimə lazım idi?

176 il bundan əvvəl, 1841-ci ilin bugünü - iyulun 27-də şair Mixail Lermontov dueldə qətlə yetirildi. O vaxtdan indiyədək mübahisələr səngimir ki, bu qətl kimə sərfəli idi və onun səbəbləri nə idi. Şairin bioqrafları mistik versiyalardan tutmuş siyasi versiyalara qədər müxtəlif fikirlər irəli sürürlər.

Publika.az milyonların sevdiyi, məşhur rus şairi Lermontovun ölüm versiyaları və ölümün səbəbləri haqda geniş arayışı oxuculara təqdim edir. Bu tarix özündə o qədər sirr saxlayır ki, hadisələrin həqiqi mənzərəsini təsvir etmək həqiqətən çox çətindir.

К. Горбунов. М. Ю. Лермонтов в сюртуке Тенгинского пехотного полка, 1841. Фрагмент | Фото: lermontov.niv.ru

Duelə çağırılma üçün motiv Lermontovun dostu Nikolay Martınovun ünvanına xanımların yanında deyilən kəskin sözlər olur. İstefada olan mayor qafqaz paltarı geyinməyi və qurşağında xəncər gəzdirməyi sevirdi. Və beləcə qızların təxəyyülünü heyrətə salırdı. Lermontovu bu, müəyyən qədər sanki qısqandırır: hər iki kişinin rəğbət bəslədiyi Emilya Verzilinaya məsləhət görür ki, "böyük xəncərli dağlı"dan ehtiyat etsin. Mayor dikbaş kimi tanınmırdı və duellərdə də heç vaxt iştirak etməmişdi, amma bu dəfə özünü həddən artıq alçaldılmış hiss edir və şairi duelə dəvət edir. Əslində, Lermontov özü bu hərəkətilə duelə meydan yaratmışdı.

П. Заболотский. Портрет М. Ю. Лермонтова, 1837. Фрагмент | Фото: artchive.ru

Lermontovun pis xarakterindən bir çox müasirləri şikayət edirdi. Onu elə gözlərinin içinə baxaraq "zəhərli murdar" adlandırırdılar. Martınovun şəxsinə yönəlik təhqirli fikirlər heç də yeganə deyildi, hətta nisbətən zəif hesab olunanlardandır. Şairə belə bir xasiyyətnamə vermişdilər: "Xaraktercə o, şıltaq və əsəbi idi. Bəzən şitliyi yerə-göyə sığmır, bəzən nəzakətli, bəzən dalğın, bəzən laqeyd və bəzən də etinasız idi. Saatlarla susa bilərdi, və ona sualla müraciət edənlər istehzalı cavablar alırdılar".

Дуэль, которая привела к трагической гибели поэта | Фото: factruz.ru

Bəziləri hesab edirdilər ki, deul-görüş əvvəldən planlaşdırılmış qətlin üstünü örtməyə əla imkan idi. Çünki şairin ölümünü arzulayan şəxslərin sayı itirilmişdi. Hətta SSRİ dövründə ən məşhur versiya bu idi ki, guya Lermontov siyasi sifariş əsasında jandarm rəhbəri Benkendorfun yaxud elə I Nikolayın özünün əmri ilə qətlə yetirilib. Yazırdılar ki, imperatorun sərəncamı ilə şair Peterburqdan sürgün olunur, Pyatiqorskda onu jandarmlar izləyir və duelin özü də təsadüfi deyil, məhz planlaşdırılıb. Digər tədqiqatçılar da bu versiya ilə razılaşırlar ki, Lermontovun taleyi dueldən xeyli əvvəl həll olunmuşdu və düşmənləri onun üzərinə hansısa şəxsi salmaq üçün bəhanə axtarırdılar.

А. Клюндер. Портрет М. Ю. Лермонтова, 1838. Фрагмент | Фото: lermontov.niv.ru

Lakin "Lermontovun I Nikolayın agentləri tərəfindən qəsdən öldürülməsi" versiyasını kifayət qədər əsaslandırılmış saymaq olmaz. Düzdür, imperator Lermontovun “şairin ölümü" şeirini bəyənməmişdi və ciddi tənqid də etmişdi, onu həyasız azadfikirlilikdə qınamışdı. Buna görə şairi Qafqazda fəaliyyət göstərən orduya xidmətə də göndərmişdi. İmperatorun ondan narazı olma səbəbləri çox idi, lakin bu o demək deyildi ki, imperator şairə xüsusi nifrət edir, ələlxüsus da onun qətlinə fərman vermək istəyir. Lermontov çətin ki, imperator üçün təhlükəli fiqur idi və buna görə, ən ifrat tədbirlərə əl atmağa ehtiyac yox idi.

Николай Мартынов | Фото: lermontov.niv.ru

Qətlin “planlaşdırılmış” versiyasının tərəfdarları belə bir fərziyyə də irəli sürürlər ki, dueldə kimsə üçüncü şəxs - muzdlu qatil iştirak edib. Guya o, kolluqda gizlənmiş, və şairə atəş açmışdı. Arqumentn yaşamağa haqqı var, çünki belə izahatın səbəbi - Lermontovun qeyri-adi formada yaralanması idi: güllə bədənin aşağıdan yuxarı hissəsinə 35 dərəcə bucaq altında keçmişdi. Və Martınovun atəş açması şair əlini havaya qaldırıb atəş açdıqdan sonra yerinə yetirilir. Belə çıxır ki, güllə zərbəsindən bir az arxaya meyllənən şair həqiqətən də gülləni havaya atıb.

Ф. Будкин. Портрет М. Ю. Лермонтова в вицмундире лейб-гвардии Гусарского полка, 1834. Фрагмент | Фото: lermontov.niv.ru

Lermontovun ölümü ilə bağlı digər bir versiya – qətl altında maskalanılmış intihardır. Bəzi tədqiqatçılar əmindir ki, şair onu üzən həyatdan xilas olmaq üçün özünə ölüm axtarırdı. Ona görə də, Martınovu bilərəkdən duelə təhrik etmişdi. Bu versiyanın tədqiqatçılarına görə, Lermontov məşum atəş qarşısında olduqca sakit idi. O, "mən bu axmağa atəş açan deyiləm" deyərək, əlini yuxarı qaldırıb və havaya atəş açıb. 1840-ci ildə Barant ilə dueldə də o, havaya atəş açmışdı. O, öz erkən ölümünü əvvəlcədən hiss edirdi və sanki bunu arzulayırdı, bunu onun bir çox şeirlərində də sezmək olar. Lermontovun bioqrafları deyirlər ki, o, ömrü boyu özünüməhvə qarşı ehtiraslı idi və dəfələrlə özünü risq altına atırdı. Və nəticə çıxarırlar ki, şair özü öz edamını planlaşdırıb və təşkil edib.

И. Репин. Дуэль, 1897 | Фото: i-repin.ru

Bəziləri şairin ölümündə mistika axtarışındadır. Lermontov nəslinin heç bir nümayəndəsi dərin qocalığa qədər yaşamayıb və öz əcəlləri ilə ölməyib. Onun babası bədbəxt məhəbbət üzündən intihar edib, anası 21 yaşında vərəmdən ölüb, atası 44 yaşında həyatla vidalaşıb. Və şair Mixailin ölümü ilə bu bədbəxt amma olduqca istedadlı nəslin kökü kəsildi. Mistiklər bununla yanaşı, şairin doğum və ölüm tarixlərinin güzgülü olmasına da diqqət çəkirlər - 1814 və 1841-ci illər.

Р. Шведе. М. Ю. Лермонтов на смертном одре, 1841 | Фото: vrubel-lermontov.ru

Ola bilsin ki, bu çoxsaylı versiyaların yaranmasına səbəb böyük şairin yaradıcılığının pərəstişkarlarının onun sadə ölümü ilə razılaşmamasıdır. Çünki indiyə qədər inanmaq çox çətindir ki, adi zarafat ölümlə nəticələnən duelə səbəb ola və 26 yaşlı müdhiş istedadın həyatına son qoya bilərdi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm