Tarix
Ermənilərin Azıx mağarasında tədqiqat işləri aparmaqda məqsədi... - Tarixçi alim
“Azıx mağarası bütövlükdə Avrasiyada ilk insanın ayaq basdığı ərazi, yaşayış məskənidir. Bura çox qədimdir və dünyada dördüncüdür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən aşkar edilib. 1968-cı ildə orada ilk insanın - Azıxantropun çənə sümüyünün alt hissəsi aşkar olunub. Tibbin və tarixçi-arxeoloq alimlərimizin gəldiyi nəticə belə bir fikri söyləməyə əsas verir ki, bu, keçmiş SSRİ ərazisində ən qədim yaşayış məskənindən aşkar olunmuş insanın nümunəsidir. Bu da 1978-ci ildə Tbilisidə keçirilən beynəlxalq konfransda qəbul olunub”.
Bu sözləri Publika.az-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.
Tarixçi alim bildirib ki, Azıx mağarası Azərbaycan ərazisinin ilk insan sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olduğunu deməyə əsas verir: “Bunu dünya alimləri də qəbul edir. Məsələn, ingilis alimi David Rohlun “Sivilizasiyaların genezisi: Biz haradan yarandıq?” adlı əsərində də Azərbaycan ən qədim insan sivilizasiyasının meydana gəldiyi ərazi kimi qeyd olunur. Şükürlər olsun ki, biz bu əraziləri işğaldan azad etdik. Cənab Prezident də o yerlərə səfərlər edir, öz münasibətini bildirir. O cümlədən, martın 15-də Azıx mağarasına səfər etdi. Bu, çox önəmlidir”.

C.Bəhramovun sözlərinə görə, bundan sonra da azərbaycanlı alimlər orada tədqiqat işlərini davam etdirəcəklər: “İşğala qədərki dövrdə Azərbaycan alimləri, arxeoloqları orada mütəmadi tədqiqat işləri aparıblar və onun nəticələri də çap olunub. Ancaq işğaldan sonra mənfur ermənilərin əl atdığı saxtakarlıqlardan biri də dünya alimlərini ora cəlb etmək olub. Onlar tədqiqat işləri aparmaqla iddia etmək istəyiblər ki, bura ermənilərin torpağıdır və guya mağara da onların əcdadlarının yaşadığı məskəndir. Bunların hamısı Azərbaycanın arxeologiya alimləri tərəfindən rədd edilib və ifşa olunub. Onların topladıqları materiallar arxeologiya alimlərimizin əlindədir.
Azərbaycanın tarixi, qədim yaşayış məskəni olması və insan sivilizasiyasının meydana gəlməsi ilə bağlı fikirlərin deyilməsi üçün bizim materiallarımız əsas götürülə bilər. Ona görə də cənab Prezidentin oraya səfər etməsi və mağara ilə bağlı öz fikirlərini səsləndirməsi onu deməyə əsas verir ki, bu, bizim tariximizin başlanğıcını göstərən bir nöqtədir”.
Akqabay Mıradov
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı























.jpg)









