Tarix
Alim maraqlı faktları açdı: Stalin, Şarl de Qoll və Çörçill Bakıdan...
"Millətimizin dünya qarşısında xidmətlərindən biri İkinci Dünya müharibəsi və onun tərkib hissələrindən olan 1941-1945-ci illər müharibəsi sovet tariximizin səhifələrindən biridir. 9 may bizim də bayramımızdır".
Publika.az xəbər verir ki, bunu Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı deyib.
Görkəmli alim sözlərinə belə davam edib:
"Çünki Azərbaycan SSR və xalqımız antihitlerçi koalisiyaya daxil olan SSRİ-nin müttəfiq respublikalarından biri olaraq dünyanın nasizm, faşizm və militarizm taunundan xilas edilməsində müstəsna rol oynayıb. Rəsmi məlumatlara görə, 1941-ci il iyunun 1-də Azərbaycan SSR-in əhalisi 3 milyon 301 min 100 nəfər olub. 1941-ci ilin iyun ayından 1944-cü ilin yanvar ayınadək Azərbaycandan orduya 553 min 910 nəfər çağırılıb. Onun 473 min nəfəri cəbhəyə göndərilib. Azərbaycan xalqı ön cəbhədə, arxa cəbhədə, partizan hərəkatında və antifaşist müqavimət hərəkatında qəhrəmanlıqlar göstərib. Müharibə illərində Bakı şəhəri Sovet İttifaqının xaricə açılan yeganə qapısı olub. SSRİ-nin beynəlxalq hava yollarında yalnız Bakı-Tehran xətti işləyib. Sovet rəhbəri Stalin bu yol ilə Tehran konfransına gedib və geri dönüb. Yolüstü Bakıdakı keçmiş "İnturist" hotelində (Azneft meydanında, Bəhram Gur heykəlinin yaxınlığında yerləşirdi) gecələyib. Fransa müqavimət hərəkatının lideri, sonralar prezident Şarl de Qoll da bu yol ilə keçib Moskvaya gedib və geri dönüb. Axşam Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Üzeyir bəyin "Koroğlu" operasına baxıb. Tərcüməçi tərcümə etmək istəyərkən azərbaycanlı silah yoldaşlarının bu barədə danışdığını və artıq bu operanı bildiyini deyib. Axşam Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini Əzizbəyovun evində qalıb, Azərbaycan mətbəxinin nemətlərini dadıb. Sonralar prezident kimi SSRİ-yə səfər edərkən Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnevə Azərbaycan və mətbəxi haqqında gözəl sözlər söyləyib. Böyük Britaniyanın baş naziri Uinston Çörçill də Bakıdan keçərək Moskvaya gedib. Tarixi faktlar çoxdur... 1945-ci ilin iyun ayında azərbaycanlılardan ibarət 416-cı "Taqanroq" diviziyası Berlində Reyxstaqın qarşısında hərbi paradda olub. Arxivlərdən götürdüyüm və hələ 2006-cı ildə İstanbulda nəşr edilmiş kitabımda verdiyim həmin fotoşəkli təqdim edirəm. Bayramınız mübarək olsun!"
-
Mətbəx05:45Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir



































.jpg)