Tarix
44 günlük müharibədə əldə etdiyimiz zəfər nəticəsində Azərbaycan hüdudlarını bərqərar edə bildik
28 May milli tarixin yaradıldığı bir gündür. Bu, xalqın millətə çevrildiyi, asıllıqdan istiqlala, əsartədən hürriyyətə keçid dövrü idi. Azərbaycan Cümhuriyyəti indiyədək bir neçə əsrlik demokratik vətandaş cəmiyyətinə sahib olan ölkələri və dövlətləri, dövlət başçılarını, siyasi elitanı heyrətə salır. Necə ola bilər ki, müsəlman dünyasında, monarxiya rejimli dövlətlərin əhatəsində 100 ildən sonra dövlətçiliyini bərpa edəsən və bu dövləti də respublika quruluşunda qurasan. Bu dövləti də İstiqlal Bəyannaməsində elan edilən prinsiplərlə deklarativ şəkildə kifayətlənməyib, həm də sözdən əmələ keçirəsən.
Publika.az xəbər verir ki, bu sözləri Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyib.
Tarixçi bildirib ki, Azərbaycan Cümhuriyyəti istiqlal prinsiplərinin fikirdən əmələ çevrildiyi bir tarixdir.
“Azərbaycan Cümhuriyyəti son dərəcə mürəkkəb bir şəraitdə doğulmuşdu. 28 May həm də Azərbaycan adında bir dövlətin dünya siyasi xəritəsinə daxil edildiyi bir tarixdir. Cümhuriyyət bir ideya olaraq Azərbaycan milli hərəkatının bütün tərəqqipərvər üzvləri tərəfindən milli mətbuatda diri tutulan bir mövzu idi. Onun qurucuları öz xalqının tərəqqisini yalnız Cümhuriyyət quruluşunda görürdü. Amma onun qurulması üçün real şərait 17-ci ildə Rusiyada mütləqiyyət rejimi devrildikdən sonra yarandı. Bakı dərhal Qafqaz Müsəlmanlarının Qurultayına ev sahibliyi etdi və o qurultayda azərbaycanlılara muxtariyyət tələbi qoyulmuşdu. Demokratk, federativ Rusiya tərkibində bir muxtariyyət verilmişdi. Bu proses o qədər sürətlə gedir, sosial bazası o qədər sürətlə genişlənirdi ki, artıq Azərbaycan muxtariyyətini istəməyən qüvvələr ona qənim kəsilmək üçün bir araya gəldilər. Beləliklə 1918-ci ildə dinc əlahinin kütləvi şəkildə qətlə yetirilməsi məhz elə Azərbaycan muxtariyyətinin gerçəkləşməməsi üçün idi. Regionda gərgin situasiya var idi, Britaniya, Almaniya bu ərazilərdə hərbi ekspeditiyası, siyasi və diplomatik fəaliyyəti ilə aktiv idilər. Hamısı Qafqaz hövzəsinə yiyələnmək istəyirdi. Digər tərəfdən bolşeviklərin hakimiyyətə gəlməsi ilə bu ərazini sovet Rusiyasının bir hissəsi görürdülər.
Tərəqqipərvər ziyalılarımız Azərbaycanın müqəddəratı ilə bağlı böyük bir narahatlıq və təşviş içində idilər. Tiflisdə azərbaycanlıların da müsəlman fraksiyasında təmsil olunduğu azsaylı, amma çox böyük ideyalarla çıxış edən ziyalılarımız bütün məsuliyyəti öz üzərinə götürüb 103 il öncə belə bir möhtəşəm qərar verdilər. Amma əllərində nə ordusu, nə də maliyyəsi var idi, nə də əraziyə sahiblik edə bilirdilər”.
Tarixçi bildirib ki, Azərbaycan Cümhuriyyətinin varlığı bu gün bizim müstəqil Azərbaycan Respublikasının yaranmasını şərtləndirən amillərdən biridir: “23 aylıq Azərbaycan Cümhuriyyətinin varlığı onun süqutundan sonra belə siyasi respublika statusunda yaşamasını şərtləndirən amil oldu ki, sovetlər birliyi dağılandan sonra biz məhz onun varisi kimi elan edə bildik. Bu cümhuriyyətdən miras qalan digər vacib amil odur ki, Azərbaycan Cümhuriyyəti beynəlxalq səviyyədə de-fakto tanınanda onun hüdudları təqdim olunan xəritələr əsasında qəbul edilmişdi. Bu məsələ bu gün üçün xüsusilə aktualdır. 44 günlük müharibədə əldə etdiyimiz zəfər nəticəsində Azərbaycan hüdudlarını bərqərar edə bildik. Bu gün qonşularımızın maraqlarını müdafiə edən qüvvələr qoy 103 il əvvəlki tarixə nəzər salsınlar. Həmin dönəmdə o qüvvələr 97 min kv km ərazi ilə Azərbaycan Cümhuriyyətini de-fakto tanıyıblar. Odur ki, onların bu barədə deməyə heç bir sözü olmamalıdır, əksinə, bizə dəstək verməlidirlər”.
Aytən Məftun
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO