Tarix
Professordan Cümhuriyyət dövrü ilə bağlı növbəti kitab
Tarix üzrə elmlər doktoru, professor Solmaz Əli qızı Rüstəmova-Tohidinin növbəti kitabı işıq üzü görüb.
Bu barədə Publika.az-a açıqlamasında tarixçi alim özü məlumat verib. “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlanan kitab 304 səhifədən ibarətdir.
Kitab müəllifin 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibətilə buraxılmış eyni adlı monoqrafiyasının yenidən işlənmiş, təkmilləşdirilmiş və Əlavələr edilmiş ikinci nəşridir. Monoqrafiyada 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətin “Azərbaycan” adlandırılması və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr, ilk növbədə İran dövləti və mətbuatı tərəfindən birmənalı qarşılanmadığı kimi məsələlər tədqiq edilir.
Müxtəlif ölkələrin dövri mətbuatı, arxiv sənədləri, elmi-tədqiqat əsərləri daxil olmaqla, geniş mənbələr əsasında yazılmış əsərdə “Azərbaycan” kəlməsinin hələ XIX əsrin sonları – XX əsrin əvvəllərində milli ruhlu Azərbaycan ziyalıları tərəfindən Cənubi Qafqazın türkdilli mətbuatında və Azərbaycan ədəbiyyatında dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu, 1918-ci ildə yaradılan dövlətin məhz tarixi-milli zəmində “Azərbaycan” adlandırıldığı göstərilir.
Solmaz Tohidi bildirib ki, bu tarixi hadisə ilə bağlı İranda başlanan anti-Azərbaycan kampaniyasının gedişində İran mətbuatının, ayrı-ayrı yazar və müəlliflərin Azərbaycan əraziləri və xalqının tarixinə dair mövqelərini Azərbaycan oxucusuna çatdırmaq məqsədilə həmin nümunələr fars dilindən tərcümə edilərək kitabın 2-ci nəşrində “Əlavələr” hissəsinə daxil edilib:
“İran mətbuatı və müəllifləri ilə polemikada iştirak etmiş M.Ə.Rəsulzadənin müvafiq əsərləri də bu hissədə yer alıb. Kitab Azərbaycan, İran və Osmanlı tarixi, azərbaycanlıların etnik-milli kimliyi, Azərbaycan Cümhuriyyəti və İran münasibətləri, M.Ə.Rəsulzadənin siyasi-publisistik irsi və sair məsələlərlə maraqlanan tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.
Tural Turan
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














