Tarix
8 yaşlı uşağın başına elə oyun açmışdılar ki... - Xocalı soyqırımının şahidi
“Mən Xocalı faciəsinin baş verdiyi günlərində Ağdamada yaşayırdım. Xocalı soyqırımı demək olar ki, bizim gözümüzün qarşısında baş verdi. Bacımın yoldaşı Ağdamdan Xocalıya silah daşıyırdı. Hətta bacım evdar qadın olsa da, Xocalıya silah daşınmasında yoldaşına kömək edirdi. Xocalı soyqırımı günü mənim onlarla qohum-əqrabam da şəhid oldu. Bu günə qədər onların bir çoxunun taleyindən xəbərsizik”.
Bunu Publika.az-a açıqlamasında keçmiş məcburi köçkün, Ağdam şəhər sakini Maya Rüstəmova deyib.
Xocalı soyqırımının dəhşətlərini gözləri ilə görən Ağdam sakini bildirib ki, həmin dövrdə orada öldürülən günahsız insanların meyitləri Ağdamdakı Cümə məscidinə gətirilib: “Meyitlər məscidə gətiriləndə biz hamımız oraya getdik. Məsciddəki mənzərə çox dəhşətli idi. 8 yaşındakı körpə uşağın başına nə müsibətlər gətirmişdilər, bircə onu Allah bilir. Mən öz gözlərimlə gördüm (kövrəlir). Əlləri, ayaqları qan içində idi. Xeyli güllə vurulmuşdu. Bapbalaca uşağa da o qədər vəhşi davranmaq olarmı?! Demək olar ki, xocalıların böyük əksəriyyəti mənim qohumlarımdır. Qohumlarımın çoxu həyatda yoxdur. Elə Xocalıda şəhid olublar. 50-dən çox qohumumu bir gecənin içərisində itirdim. Soyqırımdan əvvəl Xocalı çox böyümüşdü, inkişaf eləmişdi. Xocalı soyqırımı bir faşizm nümunəsidir. Bəşəriyyət bu soyqırımı hadisəsini unutmamalıdır. Qəbirləri qazıblar, ölülərimizi təhqir ediblər. Axı onların günahı nə idi?! Adam bu vəhşilikləri sözlə ifadə etməkdə çətinlik çəkir”.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)


















