Tarix
İskəndərin farslarla vuruşduğu ərazi tapıldı: Döyüş səsləri gələn yer
Makedoniyalı İskəndərin Qranik çayı üzərində həlledici döyüşdə Fars imperiyası ilə qarşılaşdığı yer tapılıb. Buna tədqiqat aparan alimlər də inanır. Hadisə eramızdan əvvəl 334-cü ildə baş verib. Bu, Yaxın Şərqin gələcək fəthinə zəmin hazırlayan İskəndərin Fars ərazisinə yürüşünün başlanğıcı olub.
Publika.az xəbər verir ki, bu barədə "Live Science" yazır.
Türkiyənin şimal-qərbindəki müasir Biqa şəhərindən təxminən 10 kilometr şimalda yerləşən bu yer tarixi əhəmiyyəti ilə diqqəti cəlb edir. Çanaqqala On səkkiz Mart Universitetindən arxeologiya professoru Reyhan Kerpe deyib ki, “Qranik çayı döyüşü İskəndərin həyatında nəinki ən mühüm dönüş nöqtələrindən biri olub, sonralar ona “Böyük” ləqəbini qazandırıb.
Kerpenin komandası bu nəzəriyyəni dəstəkləmək üçün yeni dəlillər tapıb. Komandanın kəşfləri arasında tarixi sübutlara görə, İskəndərin döyüşdən əvvəlki son düşərgəsi kimi tanınan qədim Hermeyon şəhərinin qalıqları da var.
Geomorfoloji analizdən istifadə edərək tədqiqatçılar qədim landşaftı yenidən qurub və müəyyən ediblər ki, Qranik çayının məcrası əsrlər boyu az dəyişib və o zaman döyüş meydanının təsvirinə uyğun gəlməyən bataqlıq ərazilər yox idi.
Alimlər fars-yunan muzdlularının yerləşdiyi təpə aşkar ediblər. Ərazidəki fermerlər şum apararkən insan qalıqları və silahlar, o cümlədən yetkin bir kişinin sümüklərini aşkar ediblər. Kerpe qeyd edib ki, ənənəvi məzar nişanlarının olmaması qalıqların rəsmi qəbiristanlığın bir hissəsi olmadığını göstərir. Onların yaşını və mənşəyini müəyyən etmək üçün əlavə təhlil tələb olunur.
Cənubi Dakota Dövlət Universitetinin tarixçisi Qrem Raytson tapıntıya həvəslə yanaşdığını bildirib.
"Onların bunu müəyyən etdiklərini düşünmələri həyəcanvericidir", -deyən Rayston, gələcək qazıntıların çox güman ki, daha çox məlumat ortaya çıxaracağını əlavə edib.
Kerpenin komandası səthin altında nələrin olduğunu aşkar etmək üçün geofiziki tədqiqatlar və qazıntılarla səylərini davam etdirməyi planlaşdırır. Bu tədqiqatlar antik dövrün ən mühüm döyüşlərindən birini və onun qalıcı irsini dərk etməyə kömək edəcək.
Adəm Abbaslı
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











