Tarix
Əhməd Şaranın həyat yoldaşının osmanlılarla qan qohumluğu varmış - Görün kimin nəvəsidir
Suriya prezidenti Əhməd Şaranın həyat yoldaşı Lətifə əd-Durubinin Osmanlı dövlət məmuru Əlaəddin əd-Durubinin nəvəsi olduğu məlum olub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Durubi təkcə dövlət xadimi deyil, həm də sultan Əbdülhəmidin həkimlərindən biri olduğu da dəqiqləşib.
Bir neçə gün öncə Türkiyəyə səfər etmiş Suriyanın müvəqqəti prezidenti Əhməd Şara və xanımı Lətifə əl-Durubinin ata-babaları dövlət xadimləri olublar. Köklü dövlət ənənəsi olan nəsildən gələn Durubi ailəsi Homsda aristokrat təbəqəni təmsil edib.
Lətifə xanımın ulu babası Əlaəddin əl Durubi vali və səfir olub. Osmanlı sancaqlarında mühüm vəzifələr tutan Durubinin babası Suriya siyasətində də nüfuzlu şəxslərdən biri kimi tanınıb.

1870-ci illərdə Durubinin ulu babası Homsun rəhbəri olub.
Əlaəddin əl Durubi ali təhsilini İstanbul Universitetinin Tibb Fakültəsində alıb. Tibb və siyasət təhsili alan Durubi türk və fransız dilləri bilib. Sivas, Kosovo, Bəsrə, Yəmən kimi Osmanlı coğrafiyasının bir çox yerində mahal valisi, qubernator və səfir kimi vəzifələrdə çalışan Durubi həm də həkim idi. O , II Əbdülhəmidin həkimlərindən biri kimi Osmanlı sarayında xidmət edib.
Birinci Dünya Müharibəsindən sonra Osmanlılar Suriyadan çəkildiyi üçün o, Dəməşqə qayıdıb və 1920-ci illərdə Kral Feysələ beyət edib. Daha sonra daxili işlər naziri vəzifəsində çalışıb.
Fransanın işğalı zamanı Suriyanın baş naziri olmuş Durubi 1920-ci il avqustun 21-də öldürülüb .
Durubi ailəsi Fransa işğalına qarşı müstəqillik mübarizəsində mühüm rol oynayıb.
Homslu aristokrat ailənin qızı olan Lətifə əl-Durubi 1984-cü ildə anadan olub. Ərəb dili və ədəbiyyatı üzrə magistr təhsili alıb.
Suriyada nüfuzlu nəslin davamçısı Əhməd Şara ilə ailə həyatı quran Lətifə xanım 3 oğul anasıdır.

-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














