Tarix
Əfsanəvi şəhərin xarabalıqları tapıldı - Qədim sivilizasiyanın izləri...
Meksikanın cənubunda qədim Zapotek sivilizasiyasının saldığı Qyenqola şəhərinin xarabalıqları tapılıb.
Publika.az xəbər verir ki, McGill Universitetinin kanadalı alimləri tərəfindən aşkarlanan 600 illik şəhər əvvəllər yalnız ispan fatehlərinin qeydlərindən məlum idi.
Tədqiqat "Ancient Mesoamerica" elmi jurnalında dərc olunub.
Tarixi qeydlərə görə, Meksikanın yerli xalqı olan zapoteklər bölgənin fəthi dövründə şəhərin əsasını qoyublar. Lakin genişlənmə başa çatdıqdan sonra sakinlər cənuba, indiki Teuantepek bölgəsinin yerləşdiyi əraziyə köçüblər.
Komanda lazer radarından istifadə edərək şəhərin 360 hektar ərazini əhatə etdiyini üzə çıxarıb. Burada 1100-dən çox binanın, dörd kilometrlik divarın, top meydançalarının və aydın şəhər planının olduğu aşkarlanıb.
Şəhər 14-cü əsrdə qurulub və 150 il çiçəklənmə dövrü yaşayıb. Əhalisi ən azı 5 min nəfər olub. Burada zadəganlar və adi insanlar ayrı-ayrı məhəllələrdə yaşayıblar. Arxeoloqlar hökmdarların iqamətgahı kimi xidmət edən böyük bir kompleks də aşkar edib.
Qyenqola 1521-ci ildə avropalıların gəlişindən qısa müddət əvvəl tərk edilib.
Ləman
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











