Tarix
Buz əridi, tarix yenidən yazılır: Arxeoloqları təəccübləndirən SİRLİ KƏŞF
Qlobal istiləşmə planetimizi təhdid etməyə davam edərkən, əriyən buzlaqların altından çıxan qədim abidə və məkanlar arxeoloqların diqqətini cəlb edir.
Publika.az xəbər verir ki, Norveçdə aparılan qazıntılar zamanı 4500-dən çox artefakt aşkar edilib. Alimlər deyirlər ki, tapılan ox ucları, əlcəklər və sirli əşyalar qədim ticarət yolları və həyat haqqında kritik ipucu verir.
Dünyada sürətlə əriyən buzlaqlar təkcə ekoloji fəlakətlər deyil, həm də arxeoloji kəşflər gətirir. Son illərdə Norveçin Lendbreen bölgəsində aparılan qazıntılarda minlərlə il əvvələ aid obyektlər ortaya çıxmağa başlayıb.
Norveçin "Buzun sirləri" tədqiqat proqramının direktoru Espen Finstad bölgədə 4500-dən çox arxeoloji əsərin aşkar edildiyini bildirib:
"Buzda çoxlu xəzinələr gizlənib. Bu tapıntılar qədim insanların necə yaşadığını, ovlandığını və ticarəti əlaqələri başa düşmək üçün çox vacibdir. Qədim dövrlərdə insanlar Norveç dağlarında ticarət edirdilər. Daş dövründən orta əsrlərə qədər bu yollar ov və səyahət üçün istifadə edilib. Lakin son əsrlərdə qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi bu qədim yolların altında yatan sirləri açıb. Yüz illər boyu buzlaqlarda gizlədilən əşyalar qədim cəmiyyətlərin necə yaşadığını və ticarət şəbəkələrinin necə işlədiyini ortaya qoyur”.
Ancaq ən diqqət çəkən tapıntılardan biri də taxta çubuq idi. Arxeoloqlar bu alətin qədim zamanlarda yumurta və xəmir qarışdırmaq üçün istifadə edilən bir çırpıcı olduğunu düşünürlər. Bu kimi tapıntılar insanların minlərlə il ərzində gündəlik həyatlarını necə formalaşdırdıqlarına dair təəccüblü ipucları verir.
Norveçin Lendbreen bölgəsi vikinqlər və orta əsr tacirləri tərəfindən tez-tez istifadə olunan keçid məntəqəsi idi. Arxeoloqlar bildirirlər ki, bu bölgədən keçən səyyahların qoyub getdiyi əşyalar yüz illərlə buzların içində qalıb. Arxeoloqların ən böyük kəşflərindən biri Dəmir dövrünə aid ov oxları idi. Bu, insanların necə ov və ticarət etdiyini göstərən ən mühüm əsərlərdən biridir.
Norveçdə aparılan son tədqiqatlar zamanı 50-dən çox kiçik və sirli obyekt aşkar edilib. Bəzilərinin dəqiq nə olduğu bilinməsə də, onların Vikinqlər dövrünə və ya daha əvvələ aid olduğu düşünülür.
Aysel Şahmar
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











