Tarix
Həbs edilən sabiq prezident Niderlanda göndərildi: Haaqa məhkəməsində cavab verəcək
Filippin polisi keçmiş prezident Rodriqo Duterteni Manilada həbs edib və Niderlanda göndərib.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Ferdinand Markos bildirib.
Haaqadakı Dünya Məhkəməsi Dutertenin hakimiyyətdə olarkən nəzarət etdiyi narkotiklərlə amansız mübarizəyə görə onu insanlığa qarşı cinayətlərdə ittiham etdikdən sonra İnterpol vasitəsilə həbsinə order verib. Duterte ailəsi ilə birlikdə Manila Beynəlxalq Hava Limanında həbs edilib.
Asiyanın ən qorxulu liderlərindən sayılan Duterte regionun beynəlxalq məhkəmə tərəfindən həbs edilən ilk keçmiş lideri olub.
Bildirilir ki, qəfil həbs hava limanında iğtişaşlara səbəb olub, Dutertenin vəkilləri və köməkçiləri həbsdən sonra siyasətçiyə yaxınlaşmağa icazə verilmədiyinə etiraz ediblər.
Dutertenin yaxın müttəfiqi Bonq Qo bunu "konstitusiya qanununun pozulması" adlandırıb.
Beynəlxalq Cinayət Məhkəməsi Dutertenin Filippinin cənubundakı Davao şəhərinin meri və sonra prezident olduğu zaman nəzarət etdiyi repressiyalar zamanı baş verən kütləvi qətlləri araşdırır. Onun prezidentliyi dövründə bu hadisələr nəticəsində ölənlərin sayının 30.000-ə qədər olduğu bildirilir.
Adəm
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











