Tarix
Ağrı dağındakı "Nuhun gəmisi" araşdırıldı: Elə detallar üzə çıxdı ki...
Mütəxəssislər Ağrı dağı yaxınlığında yerləşən və "Böyük Daşqın" haqqında "Bibliya" əfsanəsi ilə əlaqəli olan "Durupinar qayıq forması"nı araşdırıblar. Alimlərin fikrincə, struktur təxminən 5000 il əvvəl güclü daşqın zamanı su altında qalıb və 2021-ci ildən bu yana elmi araşdırmalar aparılır.
Publika.az xəbər verir ki, bu barədə "Arkeonews" yazıb.
Mütəxəssislər təxminən 164 metr uzunluğunda geoloji obyekti araşdırıb. Bu ölçülər, "Nuhun gəmisi"nin “uzunluğu 300 qulac (uzunluq ölçü vahidi), eni 50 qulac və hündürlüyü 30 qulac” olduğunu bildirən "Bibliya" təsvirinə bənzəyir.
Tədqiqatçılar əvvəlcə kəşf yerindən 30-a yaxın qaya və torpaq nümunəsi toplayıblar. İstanbul Texniki Universitetində aparılan laboratoriya sınaqlarında gil kimi maddələrin, dəniz çöküntülərinin və qabıqlı balıq kimi dəniz canlılarının qalıqlarının izləri aşkar edilib. Bu tapıntılar 3500 ilə 5000 il arasında olan bir zamanı əks etdirir ki, bu da Xalkolit - Yaradılış dövrünə təsadüf edir.
“İlkin nəticələrə görə, bu bölgədə eneolit dövründən insanların məskunlaşdığı güman edilir”, - deyə universitetin professoru Faruk Kaya deyib. O, Mesopotamiyanın bir hissəsi olan qonşu ərazilərdə əlavə tədqiqatların aparılmasının zəruriliyini qeyd edib.
Qeyd olunur ki, "Durupinar" formasiyasının gəmiyə bənzəyən forması tədqiqatçıları maraqlandırmağa davam edir. Bir çox geoloqlar bunun təbii bir quruluş olduğunu iddia edirlər. Bu cür skeptisizmə baxmayaraq, komanda daha çox sübut toplamağa davam edir. Onların tapıntıları ilk dəfə 2023-cü ildə keçirilən "Ağrı dağı və Nuhun gəmisi" üzrə 7-ci Beynəlxalq Simpoziumda təqdim edilib.
Xatırladaq ki, formasiyanın "Nuhun gəmisi" kimi müəyyən edilməsi hələ də müzakirə mövzusu olsa da, alimlər onların kəşflərinin gələcək tədqiqatlar üçün əsas olduğunu deyirlər. Onlar "Bibliya" hekayəsinə təkcə dini mətn kimi deyil, həm də tarixi hadisələrin mümkün qeydi kimi baxırlar.
Adəm Abbaslı
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











