Tarix
Bu ölkədə oğurlanan qızıl pullar Rusiyada tapıldı
Moskvada tapılan nadir qızıl sikkələr qədim zamanlarda zərb edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Məlumata görə, Moskvanın antikvar bazarında köhnə sikkələrin satışı ilə bağlı məlumat yoxlanılan zaman onların Fransada oğurlanmış sikkələrin təsviri ilə üst-üstə düşdüyü müəyyən edilib. Orada muzeyin mühafizəçisi bu cinayətə görə məhkum edilib. Amma oğurlanmış əşyaları tapıb qaytarmaq mümkün olmayıb.
İnterpol kanalları ilə Fransaya sorğu göndərilib. Onlar Reyms şəhərindəki Sen-Remi tarix muzeyindən qızıl sikkələrin oğurlanmasını təsdiqləyiblər, onların arasında eramızın 1-5-ci əsrləri arasında hazırlanmış qədim dövrlərə aid nadir nümunələr də var.
Müsadirə edilən 79 sikkəyə baxış zamanı onların tarixi-mədəni dəyəri təsdiqlənib. Təxmini dəyəri 55 milyon rubl (təxminən 2 milyon 643 min 722 manat) təşkil edir.
Kolleksiyanın Fransaya qaytarılması məsələsi gündəmdədir.
Adəm
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











