MDB
ABŞ yeni qızğın silahlanma elan etdi – Qorbaçov şok SSENARİNİ AÇIQLADI
ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması yeni qızğın silahlanmanın elanıdır.
Publika.az xəbər verir ki, bunu “Nyu-York Taysm” nəşrində dərc etdiyi məqaləsində SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.
“Yeni qızğın silahlanma elan edildi”, - SSRİ-nin keçmiş rəhbəri yazıb.
Qorbaçovun fikrincə, ABŞ-ın müqavilədən çıxışı beynəlxalq vəziyyətin hərbiləşdirilməsi üzrə ilk hal deyil. O xatırladıb ki, ABŞ hələ 2002-ci ildə Raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə, bu il isə İran atom proqramı üzrə razılaşmadan çıxıb.
“Hərbi xərclər astronomik səviyyəyə qalxıb və artmaqda davam edir”, - müəllif yekunlaşdırdı.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.
Müqavilə 1987-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdı.
Ömər
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

