MDB
Rusiya İŞİD və “Əl-Qaidə” barədə ŞOK FAKTLARI AÇIQLADI
İŞİD və “Əl-Qaidə” terror qruplaşmaları tərəfdarlarının cəlb edildiyi informasiya sahəsində birləşirlər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində bildirib.
O qeyd edib ki, hər iki struktur eyni metodlardan və ideoloji mübarizə üsullardan istifadə edir.
“Ümumi internet-auditoriyaya yönəldilmiş vahid informasiya sahəsi yaradılır”, - FTX-nin direktoru əlavə edib.
Aleksandr Bortnikov həmçinin vurğulayıb ki, sözügedən təşklatlar bəzi hallarda eyni mənbələrdən maliyyələşdirilirlər.
Xatırladaq ki, cari ilin mayında Şanxay Əməkdaşlıq Təşkilatı Regional Anti-terror Komitəsinin icraçı direktoru Yevgeni Sısosyev xəbərdarlıq etmişdi ki, təhlükəsizliyə yeni potensial təhlükə İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarının birləşməsidir.
“Proqnozlaşdırılan təhlükələr arasında İŞİD və “Əl-Qaidə”nin vahid şəbəkədə birləşməsi mümkünlüyü də istisna edilmir. Yeni şəbəkə öz “yatan” və aktiv dəstələri ilə dünyanın bir çox ölkələrini əhatə edə bilər”, - deyə Sısosyev bildirib.
Ömər
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
