Dünyanı yox edəcək hadisə BELƏ BAŞ VERƏCƏK - Alim dəhşətli SSENARİNİ AÇIQLADI
Bizi izləyin

MDB

Dünyanı yox edəcək hadisə BELƏ BAŞ VERƏCƏK - Alim dəhşətli SSENARİNİ AÇIQLADI

Rusiya və ABŞ arasında potensial müharibə adi silahların istifadəsi ilə başlaya, bir neçə gündən bir aya və ya bir neçə günədək olan müddətdə nüvə silahlarının tətbiqinə keçə bilər.

Publika.az xəbər verir ki, bu haqda hərbi sənayeçi, hərbi elmlər doktoru Konstantin Sivkov “Hərbi-Sənaye Kuryeri” nəşrində yazıb.

Onun fikrincə, ABŞ-ın səfirləri və diplomatik missiyaların nümayəndələrini geri çağırması onun zərbəyə hazır olduğunun bilavasitə əlaməti olacaq. Həmçinin, Sivkovun sözlərinə görə, Rusiya sərhədlərində təlimlər bəhanəsi ilə qoşunları yerləşdirə və ölkə ərazisinə zərbələri vurmağa icazə verən rayonlarda Hərbi Dəniz Qüvvələrinin zərbə qruplaşmalarını yarada bilər.

Ekspertin fikrincə, mümkün təcavüzkarın belə hərəkətləri Rusiyaya ona tuşlanmış ballistik və qanadlı raketlərin yerləşdirildiyi rayonlara önləyici qeyri-nüvə silahları ilə zərbənin endirilməsinə vaxt verəcək. Hərbi elmlər doktoru bildirir ki, Moskva bunun üçün “Kalibr”, “Xəncər” və “X-101” komplekslərini cəlb edə bilər.

Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

Bu razılaşma Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Razılaşma 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.

Rusiyada Trampın bəyanatına ittihamlar və təhdidlərlə reaksiya verdilər. Belə ki, Rusiyanın Federasiya Şurasının üzvü Frans Klinseviç bildirdi ki, Birləşmiş Ştatlar belə qərarla Avropanın maraqlarını nəzərə almadı. O, Vaşinqtonu Rusiyanı qızğın silahlanmaya cəlb etmək cəhdlərində ittiham etdi. Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bəyan etdi ki, Rusiya dərhal zərbə vura bilər, nəticədə bütün dünya məhv ediləcək və amerikalılar hər şeyi itirəcəklər.

Oktyabrın 26-da BMT Baş Assambleyasının komitə iclasında Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departament rəhbərinin müavini Andrey Belousov “burada bir müddət əvvəl keçirilmiş iclasda Birləşmiş Ştatlar bildirdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır, mən bunu təsdiq edirəm” söylədi. Belousov bildirdi ki, Moskva ərazi bütövlüyünü və ölkə əhalisini müdafiə edəcək. Onun fikrincə, ABŞ Kremli təcavüzkar addımlara məcbur edir.

Moskva iddia edir ki, Birləşmiş Ştatların Rumıniya, həmçinin Polşada hərbi bazalarda yerləşdirdiyi sistemlər müqavilə ilə qadağan edilən “Tomaqavk” tipli zərbə qanadlı raketlərini buraxmağa qadirdir. Rusiya tərəfi həmçinin bildirir ki, ABŞ pilotsuz zərbə təyyarələrini hazırlayır və yerüstü əsaslı qanadlı raketin yaradılması üzrə tədqiqatlar maliyyələşdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm