MDB
Lukaşenko Paşinyanın ümidlərini PUÇ ETDİ: Hazırıq...
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna üç namizədə malikdir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus lideri bildirib.
“Biz öz namizədimizi təklif etmək üçün hazır olmalıyıq. Məndə bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna irəli sürüləcək üç namizəd var”, - Lukaşenko deyib.
O qeyd edib ki, KTMT liderlərinin Qazaxıstanda keçirilən sammitində baş katibin təyin edilməsi variantları kütləvi idi.
“Lakin bu, Ermənistanın sıxışdırıldığı, kiminsə qazanması və kiminsə itirdiyi anlamına gəlmir”, - Belarus prezidenti əlavə edib.
Xatırladaq ki, KTMT-nin baş katibi postuna namizədlik haqqında qərar dekabrın 6-da Sankt-Peterburqda qəbul ediləcək. Sammitin nəticəsinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, növbəti birinci katib Belarusun nümayəndəsi təyin ediləcək.
Qeyd edək ki, KTMT-nin Astana sammiti Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə həllini tapması gözlənilən məsələlərdən biri yeni baş katibin təyinatı məsələsi idi. Yerevan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi.
KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
Sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi.
Ömər Dağlı
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO


























.jpg)







.jpg)

.jpg)