MDB
Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT
Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemini genişləndirməsi ilə əlaqədar nüvə güclərinin imkanlarını artırır.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Qerasimov bildirib.
Qerasimov Strateji Təyinatlı Raket Qoşunlarının “Yars” raket kompleksləri ilə yenidən təchiz olunduğunu bildirib. Həmçinin qeyd edib ki, “Avanqard” komplekslərinin seriya istehsalı üzərində iş aparılır.
Baş qərargah başçısı bildirib ki, Rusiya “Xəncər” yüksək dəqiqlikli hipersonik aviasiya raket kompleksinin tətbiqini təkmilləşdiriləcək.
Onun sözlərinə görə, ABŞ Strateji hücum silahları haqqında müqavilənin (SNV-3) bir çox müddəalarını keçir və bu, ehtiyac olduğu halda Vaşinqtona qısa müddətə nüvə hərbi yüklərinin miqdarını 1200 vahiddən çox artırmağa imkan verir.
Daha əvvəl Rusiya KİV-nin yazdığına görə, raket hücumu haqqında xəbərdarlıq sisteminin tərkibinə unikal “Konteyner-1” radiolakasiya kompleksi daxil edilib. Həmçinin məlum olub ki, Krımda “Voronej-M” “anti-nüvə” uzaq aşkaretmə radiolokatoru qurulacaq.
Ömər
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO














.jpg)
















