MDB
“Bu obyektləri məhv edəcəyik” – Moskvadan ABŞ-a AÇIQ TƏHDİD
Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışının nəticələri Rusiyanın strateji nüvə güclərinin döyüş tətbiqinin planlaşdırılması zamanı nəzərə alınır.
Publika.az xəbər verir ki, bu haqda “Qırmızı ulduz” qəzetinə müsahibəsində Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı, general-polkovnik Sergey Karakayev bildirib.
O əlavə edib ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə obyektləri Rusiyanın effektiv zərbə vasitələrinin təsir zonasındadır.
Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin, o cümlədən raketlərin işə salınması üçün lazım olan qurğuların istehsalını, həmçinin onların sınağını qadağan edir.
Ömər
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
















.jpg)


















