MDB
Belarus Rusiya ilə birləşəcək? – Lukaşenko NÖQTƏ QOYDU
Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Burada heç kəs heç kəsi əyməyəcək. İttifaq yalnız bərabərhüquqlu əsaslarda mümkündür. Belarus və Rusiyanın ittifaqı yalnız bərabərhüquqlu əsaslarla inkişaf edə bilər, bu halda iki dövlətin birləşməsindən söhbət getmir. Bərabərhüquqlu əsaslar yoxdursa, ittifaq da yoxdur”, - Lukaşenko deyib.
Lukaşenko izah edib ki, iki ölkənin birləşməsinə Rusiya rəhbərliyi də gedə bilmir, çünki Rusiyada belə imkan yoxdur.
“Buna görə də sakitləşmək və bu danışıqları qurtarmaq lazımdır ki, kimsə kimisə əydi və ya əyir. Burada heç kəs heç kəsi əyməyəcək”.
Belarus lideri qeyd edib ki, tərəflər ittifaq dövlətinin yaradılması haqqında müqavilə üzrə Konstitusiya aktını qəbul etməli idilər və bu sənəd ittifaqın idarə edilməsinin nizamını müəyyən etməli idi.
“Rusiya vaxtında bu yolla getməkdən imtina etdi”, - Lukaşenko deyib və əlavə etdi ki, o, bunu Rusiya prezidenti Vladimir Putinə də xatırladıb.
Daha əvvəl Lukaşenko bildirib ki, Moskva “dərin inteqrasiya” bəhanəsi ilə Belarusu Rusiyanın tərkibinə birləşdirmək istəyir.
“Mən bu işarələri anlayıram: nefti alın, amma gəlin ölkəni dağıdın və Rusiyanın tərkibinə daxil olun. Bəziləri daha dərin inteqrasiyadan danışırlar. Və bəziləri birbaşa deyirlər ki, biz hazırıq ki, siz 6 vilayətlə Rusiyanın tərkibinə girəsiniz”, - prezident bildirib.
Ömər
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)





.webp)







.jpg)








