Putindən Serbiyaya NATO xəbərdarlığı: Vuçiç illər sonra Kremldəki sirri açdı
Bizi izləyin

MDB

Putindən Serbiyaya NATO xəbərdarlığı: Vuçiç illər sonra Kremldəki sirri açdı

Putindən Serbiyaya NATO xəbərdarlığı: Vuçiç illər sonra Kremldəki sirri açdı

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Rusiya prezidenti Vladimir Putinin ölkəsinin NATO-ya üzv olmaq ehtimalına necə reaksiya verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Vuçiç bu barədə jurnalist Kseniya Sobçaka müsahibəsində danışıb.

O bildirib ki, 2016-cı ildə Kremldə Putinlə görüşü zamanı Rusiya liderinin narazı olduğunu hiss edib. Vuçiçin sözlərinə görə, Putin həmin vaxt NATO-ya üzvlük məsələsində Serbiyaya xəbərdarlıq edib.

“Onun narazı olduğu vaxtlarda səsi bir qədər alçalır. Bir dəfə, 2016-cı ildə məni Kremldə qəbul etdi. Heç nə başa düşmürdüm, amma onun sakit danışdığını görürdüm və mənə elə gəlirdi ki, qəzəblidir. Bununla belə, mənə qarşı heç bir sərt söz demirdi”, - deyə Vuçiç qeyd edib.

Keçmiş prezidentin sözlərinə görə, Putin daha sonra ona belə deyib: “Əgər NATO-ya üzv olmaq istəyirsinizsə, buyurun. Amma düşünmürəm ki, bu, Serbiya xalqı üçün yaxşı olacaq. Əlbəttə, necə istəyirsiniz, elə də edin”.

Vuçiç detib ki, Rusiya liderini təxminən 20 dəqiqə dinlədikdən sonra ondan Serbiyanın NATO-ya qoşulmaq niyyətində olması barədə məlumatı haradan aldığını soruşub. O, Putinə belə bir planın olmadığını və bu məsələnin ümumiyyətlə nəzərdən keçirilmədiyini bildirib.

“Bundan sonra hər şey dəyişdi, atmosfer yumşaldı və tamamilə fərqli oldu. Dedim ki, bu, heç ağlıma da gəlməyib. Görüşə hazırlıq sənədlərimdə də bu mövzu yer almırdı”, - deyə Vuçiç xatırladıb.

Serbiyanın NATO-ya üzv olmaq niyyətində olmadığını dəfələrlə bəyan edən Vuçiç ölkəsinin neytral mövqeyini qoruduğunu vurğulayıb. Onun sözlərinə görə, Serbiya NATO-ya “dərhal” qəbul edilə bilərdi, lakin ölkəyə yeni münaqişələr lazım deyil.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm