MDB
Lukaşenkodan Moskvaya AÇIQ TƏHDİD: Qərb istiqamətində...
Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus timsalında müttəfiqin itirilməsi neft sferasında vergi manevri üçün kompensasiya üzrə razılaşmanın olmaması nəticəsində baş verə bilər.
Qeyd edək ki, rəsmi Moskva neft sahəsindəki vergi manevrlərinin keçirilməsinə görə Minskə kompensasiya ödəməkdən imtina edir. Hesablamalara görə, Minskin itkiləri yaxın illərdə 10,5 milyard dollar təşkil edəcək.
Rusiyada neft sahəsində vergi manevri barədə qanun Dövlət Duması tərəfindən 2018-ci ilin yayında qəbul olunub. Qanuna əsasən, 2024-cü ilə qədər neft və qaza qoyulan ekspert rüsumları tədricən ləğv ediləcək, eyni zamanda, faydalı qazıntıların hasilatına qoyulan vergi artırılacaq. Buna qədər Belarus Rusiya yanacağını daxili bazar qiymətinə alırdı. Yeni dəyişikliklərdən sonra isə Minsk Rusiya neftini daha baha qiymətə alacaq.
“Əgər Rusiya rəhbərliyi belə bir yol seçəcəksə, bu, onların seçimidir. Biz onları məcbur edə bilmərik”, - Lukaşenko deyib.
Lukaşenko hökuməti neftin çatdırılmasının alternativ variantlarını tapmağa, həmçinin gəlirlərin alternativ mənbələrini axtarmağa çağırıb. Dövlət başçısı xəbərdarlıq edib ki, Belarus vətəndaşları heç bir əlavə yükü hiss etməməlidir.
Prezident xatırladıb ki, 2019-cu ildə Belarusda iki neft emalı zavodunun müasirləşdirilməsi başa çatmalıdır və bundan sonra Minsk nefti yalnız Rusiyadan deyil, həm də başqa ölkələrdən alacaq.
“Baltikyanı limanlar vasitəsilə neftin alternativ çatdırılmasına nail olmaq lazımdır. Əgər litvalılar razı deyillərsə, latışlarla razılaşmaq və bu nefti almaq lazımdır”, - dövlət başçısı vurğulayıb.
Ömər Dağlı
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya14 Oktyabr 21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya14 Oktyabr 20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat14 Oktyabr 19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa14 Oktyabr 18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region14 Oktyabr 17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika14 Oktyabr 15:24
Prezident fərman imzaladı
-
Hadisə14 Oktyabr 14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT