MDB
Moskva Lukaşenkonun təhdidlərinə CAVAB VERDİ
Rusiya Belarusla strateji qarşılıqlı münasibətlərin genişləndiriilməsi kursunu şübhə altına qoymur.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Belarus Rusiyanın etibarlı müttəfiqi və partnyordur. Bu, xüsusi halda, bizim ölkəmizin xarici siyasət konsepsiyası ilə möhkəmləndirilib”, - o qeyd edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin əminliklə ifadə edib ki, İttifaq dövləti çərçivəsində münasibətlərin gücləndirilməsi üçün çoxlu imkan mövcuddur.
Beləliklə Zaxarova Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatlarına cavab verib.
Ötən gün Minskdə müşavirədə Belarus prezidenti bildirib ki, Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Belarus lideri həmçinin əlavə edib ki, Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir.
“Burada heç kəs heç kəsi əyməyəcək. İttifaq yalnız bərabərhüquqlu əsaslarda mümkündür. Belarus və Rusiyanın ittifaqı yalnız bərabərhüquqlu əsaslarla inkişaf edə bilər, bu halda iki dövlətin birləşməsindən söhbət getmir. Bərabərhüquqlu əsaslar yoxdursa, ittifaq da yoxdur”, - Lukaşenko deyib.
Daha əvvəl Lukaşenko bildirib ki, Moskva “dərin inteqrasiya” bəhanəsi ilə Belarusu Rusiyanın tərkibinə birləşdirmək istəyir.
“Mən bu işarələri anlayıram: nefti alın, amma gəlin ölkəni dağıdın və Rusiyanın tərkibinə daxil olun. Bəziləri daha dərin inteqrasiyadan danışırlar. Və bəziləri birbaşa deyirlər ki, biz hazırıq ki, siz 6 vilayətlə Rusiyanın tərkibinə girəsiniz”, - prezident bildirib.
Ömər
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto


































.jpg)
