MDB
ABŞ-ın məqsədi odur ki, bütün dünyanı... - Rusiyalı ekspert AÇIQLADI
Birləşmiş Ştatlar mütləq dünya hökmranlığına çatmaq kursu götürüb. Bu, onlar üçün sağ qalma məsələsidir.
Publika.az “Russian Today” telekanalının saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Raket-artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Siskov bildirib.
O, bununla da ABŞ-ın raket əleyhinə müdafiəsi haqqında yeni məruzədə kosmosda peyklərin yerləşdirilməsinin qeyd ediləcəyi barədə informasiyanı şərh edib.
“Amma onlar artıq qarşıya qoyulmuş məsələləri iqtisadi olaraq həll etməyi bacarmırlar, çünki ABŞ müflis ölkədir, onların xarici borcu bütün Ümumi Daxili Məhsulun həcmini ötür. Onlarda yalnız hərbi rıçaqlar qalıb, amma yaxın döyüş məsafədə döyüş aparmağa və ərazilərin saxlanılması üzrə məsələləri həll etməyə hazır deyillər”, - Sivkov deyib.
Ekspert həmçinin qeyd edib ki, effektiv işləməyə qadir peyklərin və kosmik əsaslı raketlərin texniki yaradılması Birləşmiş Ştatlarda böyük problemlər yaradacaq.
"Bu layihəyə böyük pullar xərclənəcək. Ola bilər ki, ABŞ hansısa bir məhsuldarlığa nail ola biləcək, amma bu, uzaq perspektivdə olacaq”, - akademiyanın müxbir üzvi yekunlaşdırıb.
Daha əvvəl Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ-ın raket əleyhinə müdafiəsi haqqında yeni məruzədə kosmosda peyklərin yerləşdirilməsi qeyd ediləcək.
Ömər
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı


































