MDB
Putinin və Abenin danışıqlarının detalları açıqlandı
Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe arasında Moskvada keçiriləcək danışıqların detalları açıqlanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, liderlərin təkbətək görüşü Moskva vaxtı ilə saat 14:00-da başlanacaq.
Bundan sonra işçi səhər yeməyi formatında genişləndirilmiş tərkibdə Rusiya-Yaponiya danışıqları olacaq.
“Belə danışıqlarda əsasən ikitərəfli əməkdaşlığın konkret layihələri, həmçinin böyük layihələr müzakirə edilir”, - Peskov dəqiqləşdirib.
Putinin mətbuat xidməti həmçinin, Rusiya-Yaponiya sülh müqaviləsi üzrə məsələlərin müzakirə ediləcəyini deyib. Liderlərin KİV üçün birgə bəyanat verəcəyi gözlənilir.
Qeyd edək ki, iki dövlət arasında sülh müqaviləsinin bağlanmasını çətinləşdirən əsas məsələ Cənubi Kuril adaları üzərində mübahisədir. Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazilər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün “şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. O vurğulayıb ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.
Görüş ərəfəsində Dmitri Peskov bildirib ki, Kuril adaları üzərində suverenlik məsələsində Moskva öz milli maraqlarından geri çəkilməyə hazırlaşmır.
Yanvarın 20-də yapon hökumətindəki mənbəyə istinadən “Kyodo” agentliyi yazıb ki, Yaponiyanın baş naziri Şikotan və Xabomai adalarının Tokionun nəzarətinə ötürülməsi şərti ilə Rusiyayla sülh müqaviləsinin bağlanmasına razıdır.
Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İkinci dünya müharibəsinin nəticələrinin Tokio tərəfindən tanınması sülh müqaviləsinin əsas şərtidir.
Ömər
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





