MDB
Vaşinqton Moskvaya QƏTİ QƏRARINI bildirdi
Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla bağlı ABŞ-ın dəlilləri kasaddır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov 9M729 raketi üzrə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozmur. Rusiyalı diplomat qeyd edib ki, Vaşinqton müqavilədən çıxamaq haqqında qərarının qəti olduğu barədə ikitərəfli diplomatik kanallarla Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir. Rusiya dəfələrlə bildirib ki, müqavilə üzrə öz öhdəliklərinə ciddi riayət edir. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov qeyd edib ki, ABŞ-ın özünün müqavilənin icrası sahəsində ciddi suallar var. ABŞ isə hesab edir ki, 9M729 raketi müqavilə üzrə öhdəlikləri pozur.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir. Oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 4-də bildirib ki, müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın 60 gün vaxtı var. O əlavə edib ki, əgər bu olmasa, Vaşinqton müqavilə üzrə öhdəlikləri fevralın 2-də dayandıracaq.
Ömər
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
















.jpg)


.webp)

.jpg)

















.jpg)