MDB
Rusiyalılar Kuril adalarını qaytarmaq istəyirlər? - SORĞU
Rusiyalıların 77 faizi Kuril adalarının cənub hissəsinin Yaponiyaya verilməsinə qarşı çıxır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İctimai rəyin öyrənilməsi üzrə ümumrusiya mərkəzinin (VSİOM) keçirdiyi sorğunun nəticələrində deyilir.
Qeyd edilir ki, xüsusi halda, respondentlərin 29 faizinin fikrincə, adalar Rusiyaya aiddir və bu, artıq həll edilmiş məsələdir. 10 faizi isə iddia edir ki, Rusiya bu adaları geri alıb.
Adaların Yaponiyaya verilməsinin tərəfdarları hesab edirlər ki, bu, sülh müqaviləsinin bağlanması (14 faiz) və dövlətlər arasında münasibətlərin inkişafına (7 faiz) görə lazımdır.
Qeyd edək ki, iki dövlət arasında sülh müqaviləsinin bağlanmasını çətinləşdirən əsas məsələ Cənubi Kuril adaları üzərində mübahisədir. Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazilər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün “şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.
Moskva hesab edir ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. Bildirilir ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.
Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İkinci dünya müharibəsinin nəticələrinin Tokio tərəfindən tanınması sülh müqaviləsinin əsas şərtidir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
