MDB
Moskvadan danışıqlar prosesinə ZƏRBƏ: Torpaqlar qaytarılmayacaq
Moskva Tokiodan Cənubi Kuril dağ silsiləsinin bütün adaları üzərində Rusiyanın müstəqilliyi də daxil olmaqla, İkinci Dünya müharibəsinin nəticələrinin qeyd-şərtsiz tanınmasını gözləyir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya-Tacikistan slavyan universitetində çıxışında Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ilk addımı Rusiya deyil, Yaponiya atmalıdır. Sergey Lavrov vurğulayıb ki, Yaponiya dünyada İkinci Dünya müharibəsinin nəticələrini tanımayan tək ölkədir.
Qeyd edək ki, Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir.
Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.
Ömər Dağlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
