MDB
Xruşşov bu torpaqları arvadının ad gününə HƏDİYYƏ ETDİ - Dünyanı ikiyə bölən qərardan 65 il keçir
Krımın 2014-cü ildə Rusiyanın tərkibinə birləşdirilməsi hazırda müasir geosiyasi proseslərə yön verən əsas hadisələrdən biri oldu. Ukrayna və bir neçə ölkə istisna olmaqla, dünyanın böyük çoxluğu (Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir – red.) Rusiyanın Krımla bağlı addımını “ilhaq” kimi qiymətləndirir. Rusiyanın özü isə bunu “tarixi ədalətin bərpası” və “yenidən birləşmə” adlandırır. Moskva iddia edir ki, 65 il əvvəl sovet lideri Nikita Xruşşov 27 min kvadrat kilometr ərazisi olan Krımı Ukraynaya peşkəş etmişdi.
Publika.az xəbər verir ki, məhz bu gün Kremldə SSRİ Ali Sovetinin Rəyasət heyətinin iclasından 65 il keçir.
1954-cü il fevralın 19-da keçirilən iclasın iştirakçıları Krım vilayətinin Ukrayna SSR-nin tərkibinə ötürülməsinə yekdilliklə səs verdilər. İclasın gündəliyinə daxil edilmiş tək məsələ hətta müzakirəyə çıxarılmadı. Və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin tək üzvü, Krım vilayət komitəsinin birinci katibi Pavel Titov Xruşşovun təşəbbüsünə qarşı çıxdı və “tənqidçiliyi” vəzifəsi ilə ödədi.
Hədiyyə, yoxsa iqtisadi məqsədəuyğunluq?
Məlum olduğu kimi, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov Krımın Ukraynaya birləşdirilməsinin əsas təşəbbüskarı idi. SSRİ Ali Sovetinin Rəyasət heyəti “Krım vilayətinin RSFSR-in tərkibindən USSR-nin tərkibinə ötürülməsi Haqqında” fərmanına əsasən, Krımın Ukraynaya birləşdirilməsinə olan ehtiyac region və USSR arasında iqtisadiyyatın ümumiliyi, ərazi yaxınlığı və mədəni əlaqələri ilə izah olunurdu. Qeyd edilirdi ki, məqsəd yarımadanın daha effektiv idarə olunması və respublikanın vahid iqtisadi sisteminə nail olmaq idi.
Başqa bir versiyaya görə, beləliklə, Xruşşov Ukrayna nomenklaturasına razı salmaq və Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə ukraynalılara hədiyyə vermək istəyirdi.
Digər versiyaya görə, sovet rəhbəri Krımı verməklə əslən ukraynalı olan həyat yoldaşına ad günü hədiyyəsi etmək istəyib.
Vladimir Putin: “Sevastopol Ukraynaya verilməmişdi”
SSRİ-nin süqutundan sonra Krımın Rusiyaya qaytarılması məsələsini gündəmə gətirən ilk siyasətçi Rusiyanın vitse-prezidenti Aleksandr Rutskoy olur. O vaxtdan bəri məsələ dəfələrlə yenidən qaldırılıb. 2001-ci ildə əhalinin qeydə alınmasının nəticələrinə görə, Krımda yaşayanların cəmi 10,1 faizi Ukrayna dilini öz ana dili hesab edir, əhalinin 97 faizi isə rusdillidir.
Və paradoks bir vəziyyət yaranmışdı: Krım 1954-cü ildə Ukraynaya bağışlansa da, qərar Sevastopola aid deyildi. Hələ 1948-ci ildə Sevastopol Rusiya SFSR-in tabeliyində müstəqil inzibati-təsərrüfat vahidi kimi ayrılıb. Həmin qərar sonralar ləğv edilməyib.
Sevastopol yaddan çıxmışdı
Krımdan fərqli olaraq Sevastopolun Ukraynaya verilməsinə aid heç bir hüquqi akt yoxdur və Rusiyanın Sevastopola olan hüququ 1954-cü ildə də formal olaraq belə pozulmayıb.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Sevastopol hüquq planda həmişə Rusiyanın tərkibində qalıb. O, bu haqda fikirlərini keçən ilin oktyabrında Moskva meri Sergey Sobyabinlə görüşdə səsləndirmişdi.
“Faktiki olaraq, sadəcə Sevastopol haqqında prosesi unutdular və o Ukraynanın tərkibinə ötürülməmişdi. Şəhər mərkəzə tabe şəhəri idi”, - Putin deyib.
2015-ci il iyunun 27-də Rusiya Baş prokurorluğu Krımın 1954-cü ildə Ukraynaya verilməsi barədə qərarı qanunsuz elan edib. Baş Prokurorluq “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironovun sorğusuna cavab olaraq RSFSR Ali Sovetinin Rəyasət Heyəti və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarın SSRİ-nin Konstitusiyasına uyğun olmadığını bildirib.
Qeyd edilirdi ki, Rusiya SFSR Ali Sovetinin Rəyasət Heyəti Rusiya SFSR-in ərazilərinin başqa müttəfiq respublikalara verilməsi barədə qərar vermək səlahiyyətinə malik deyildi. SSRİ-nin konstitusiyasına əsasən, bu məsələ ölkənin ən ali hakimiyyət orqanlarının səlahiyyətinə aid idi.
Sevastopol şəhərinə gəlincə, bildirilirdi ki, Krımın Ukrayna SSR-ə verilməsinə baxmayaraq, şəhər Rusiya SFSR-in yurisdiksiyası altında qalırdı.
“Nəticədə 1991-ci ilin dekabrında Sevastopol şəhərinin federal statusu Rusiya Federasiyası Ali Sovetinin qətnaməsi ilə təsdiq edilib”, - Rusiya Baş Prokurorluğu bəyan edib.
Rusiya “tarixi ədalət”in bərpa olunduğunu bəyan etsə də, Qərb, o cümlədən ABŞ Krımın Ukrayna ərazisi hesab edir, ilhaqı heç vaxt tanımayacağını bildirir. Krım bu gün Rusiya iqtisadiyyatınım yarımtəcrid vəziyyətinə salan çoxsaylı sanksiyaların da əsas səbəbidir.
Ömər Dağlı
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz