ABŞ-ın kəşfiyyat məlumatları saxta çıxdı: Rusiyadan ŞOK İDDİA
Bizi izləyin

MDB

ABŞ-ın kəşfiyyat məlumatları saxta çıxdı: Rusiyadan ŞOK İDDİA

ABŞ adi ticarət peyklərindən şəkilləri göstərərək Rusiyanın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozduğunu sübut etməyə çalışırdı.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə vəziyyətlə tanış mənbə bildirib.

Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, kadrlarda raketin özü deyil, stasionar işəsalma qurğusuna oxşar hansısa yerüstü obyekt görünürdü.

Bundan başqa, Vaşinqtonda sınaqların iki konkret tarixi, poliqonun adı və işəsalma qurğularının koordinatları səsləndirilirdi. Mənbənin sözlərinə görə, bunların heç biri həqiqət deyil.

“Tarix öz-özlüyündə heç nə demir və sübut deyil. Sübut kimim təqdim edilə biləcək tək amil raketin işə salınmasının konkret vaxtı, uçuş trayektoriyası və ya başqa obyektiv məlumatlardır. Belə informasiyaya isə bizə heç kəs heç vaxt verməyib”, - mənbə qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məlumatlarla bağlı ABŞ-a sorğu göndərsə də, ABŞ bunun çox həssas kəşfiyyat mənbələri olduğunu və onlar paylaşa bilməyəcəklərini bildirib.

Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Vaşinqtonun iddiasına görə, 9M729 raketinin texniki xarakteristikaları razılaşmanı pozur. Rusiyada isə bu iddianı təkzib ediblər.

Martın 4-də isə Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm