MDB
Həmvətənlərimiz “Aksay” bazarından niyə çıxarılır? - Səfirlikdən AÇIQLAMA
Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks etdirən video ilə bağlı məlumat yayıb.
Səfirlikdən Publika.az-a bildiriblər ki, sosial şəbəkələrdə Rusiyanın Rostov-Don şəhərində fəaliyyət göstərən “Aksay” bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video diplomatik nümayəndəliyə daxil olub.
Hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə, müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.
Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayəti qubernatoru aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Polis İdarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə edilən məlumatdan aydın olub ki, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıblar. Buna səbəb onların Rusiya Federasiyası ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Eyni zamanda, həmin ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və bazar bağlanmaq üzrədir.
Səfirlik Rusiyada çalışan soydaşlarımıza müraciət edərək Rusiya ərazisində problemsiz və maneəsiz çalışmaq üçün bu ölkənin qanunlarına tam və şərtsiz əməl etməyə çağırır. Qanunları pozan soydaşlarımıza lazımi köməyin göstərilməsi səfirliyin imkanı xaricindədir.
Diplomatik nümayəndəliyimiz müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edənlərə müraciətlə bildirir ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.
Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, bu adamlar özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti özlərinə cəlb etməklə məşğuldurlar.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO



















.jpg)


















.jpg)


