MDB
Putindən NATO ölkələrinə raket təklifi: heç kim ciddiyə almadı
Rusiya prezidenti Vladimir Putin NATO üzvləri də daxil olmaqla, bir sıra ölkələrə məktub göndərərək orta və yaxınmənzilli raketlərin yerləşdirilməsi moratoriumu tətbiq etməyi tövsiyə verib.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Xəbərə görə, Putin Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasının (İNF)qüvvədən düşməsindən sonra orta mənzilli raketlərin yerləşdirilməsinin qarşısını almaq üçün hərəkətə keçib.
O, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti şöbəsinin ali nümayəndəsi Federika Mogeriniyə də bu müraciəti ünvanlayıb.
“Sizi Rusiyanın etdiyinə bənzər şəkildə NATO çərçivəsində ortamənzilli raketlərin yerləşdirilməsi moratoriumu tətbiq edərək təşəbbüslərimizə dəstək verməyə çağırırıq. Rusiya İNF olmadan NATO ölkələri ilə bir sıra təsdiq olunmuş tədbirlər üzərində razılaşmağa hazırdır”, - Putin deyib.
Qəzetə bu haqda məlumat verən qaynaq NATO-nun Rusiyanın daha əvvəl öz silahlarını hazır vəziyyətə gətirdiyi iddiası ilə Putinin tövsiyəsini qəbul etmədiyini də deyib.
Qeyd edək ki, ABŞ 2 fevral 2019-cu ildə İNF-dən geri çəkilib. Rusiya isə 3 iyulda bu qərarı qəbul edib.
Zümrüd
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto




















.jpg)













.jpg)
