MDB
Putindən dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Əlimizdə elə silahlar var ki...
“İkinci bir Soyuq müharibə başlasa, Rusiya buna hazırdır”.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Səudiyyə Ərəbistanına səfərindən öncə rus və ərəb mediasına müsahibə verən Putin dünya miqyasında genişmiqyaslı Soyuq müharibənin başlayacağını gözləmədiyini, başlayacağı təqdirdə Rusiyanın buna hazır olduğunu deyib.
“Doğrusu, yeni Soyuq müharibə və silahlanma yarışının başlanmasını istəmirəm. Ümid edirəm, başlamaz. Ancaq bənzər proses baş versə, Rusiya buna indidən hazırdı. Bizim əlimizdə heç kimin istehsal etməyi bacarmadığı yeni nəsil silahlar var”, - prezident bildirib.
Putin bildirib ki, Rusiya kimsəylə silahlanma yarışına girməyəcək: “Ölkələrin hərbi büdcələrinə nəzər yetirmək kifayətdir. Bu gün ABŞ 700 milyard dollar xərcləyir. Onu Çin, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Yaponiya təqib edir. Rusiyanın illik büdcəsi isə 48 milyard dollardır. Dolayısı ilə biz silahlanma yarışına girmək niyyətində deyilik”.
NATO haqqında fikirlərini bölüşən Putin bu sözləri vurğulayıb: “NATO-nun bizim sərhədlərimizə yaxınlaşması, Rumıniya və Polşada raket bazaları qurduğu həqiqətdir. Biz də təbii olaraq narahatıq. Rusiyanın strateji silahlarının öhdəsindən bizə yaxınlaşaraq gələ biləcəklərini düşünürlər. Lakin bu gün qərbdəki hərbi mütəxəssislər belə bu addımların nəticə verməyəcəyini söyləyir. NATO-da artıq əvvəlki hərbi infrastruktur yoxdur. Daxildə ciddi çevriliş cərəyan edir”.
Zümrüd
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
-
Sosial15:00Əli Əsədov yeni qərar imzaladı
-
Hadisə14:25Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
























.webp)














