MDB
Moskvada Qələbə paradı BAŞA ÇATDI: Putindən Azərbaycanı qürurlandıran sözlər - VİDEO - (YENİLƏNDİ)
Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parad başa çatıb.
Publika.az xəbər verir ki, 13 ölkədən 14 minə yaxın hərbçinin iştirak etdiyi paradda ilk olaraq Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi baş tutub.
Rusiya prezidenti Vladimir Putin hərbçiləri salamlayanda da ilk olaraq Azərbaycanın adını çəkib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu il parad yarım saat daha uzun çəkib. Hərbi paradda 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edib.
***
11:12
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsinin anım günü keçirilir.
Publika.az xəbər verir ki, də faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı yerli vaxtla 11:00 etibarilə nümayişə başlayıb.
Qırmızı meydanda baş tutan mərasimdə 10 ölkə dövlət başçısı səviyyəsində iştirak edir: Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik, Moldova Prezidenti İqor Dodon, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev.
Mərasimdə Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Həmçinin, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti çıxış edir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə 9 mayda keçirilən parad 24 iyuna təxirə salınmışdı.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

